adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Yanvar 2022 13:21
347
HADİSƏ

Azərbaycanda keçmiş məmurun ailəsində faciə - FOTO

9 gün əvvəl İsmayıllı rayonunda baş vermiş yanğın zamanı xəsarət alan şəxs dünyasını dəyişib. 

Adalet.az modern.az-a istinadən xəbər verir ki, rayonun Quşencə kəndində qeydə alınmış yanğın zamanı xəsarət alan Sovetxan Muradəliyev ötən gün xəstəxanada vəfat edib. 

Qeyd edək ki, yanvarın 13-də Sovetxan Muradəliyevə məxsus evdə güclü yanğın olub. Yanğın zamanı ev sahibinin həyat yoldaşı 1943-cü il təvəllüdlü Muradəliyeva Ruhəngiz Yunis qızı aldığı yanıq xəsarətləri səbəbindən hadisə yerində ölüb. Ağır xəsarətlər alan Sovetxan Muradəliyev Respublika Yanıq Mərkəzinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb