adalet.az header logo
  • Bakı 21°C
01 Fevral 2023 16:41
305
GÜNDƏM

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna rəis təyin edildi

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin edilib

Adalet.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Zamin Həsənov Büroya rəis təyin olunub.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti  təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi polis general-mayoru Əlaslan Ağayev idi. O, ötən ilin mayında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.