adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
08 Avqust 2022 15:21
448
SİYASƏT

"Azərbaycan vətəndaşlığı üçün yalvaran ermənilərin sayı artacaq"

 

Son günlər erməni milliyətinə məxsus şəxslər Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşı olmaq istədiklərini dilə gətiriblər.

Bununla bağlı adalet.az-a danışan siyasi şərhçi Tural İsmailov bildirib ki, ermənilər sosial-iqtisadi vəziyyətin yaratdığı problemlər,siyasi xuntaların idarəçiliyindən bezərək bu addımı atırlar.

“Ermənistan vətəndaşları siyasi idarəetmədən daha çox reallığın fərqindədirlər. Onlar bilirlər ki, problem Ermənistandakı siyasi xuntalardır. Hazırda sosial-iqtisadi durumun gərginliyi və vətəndaşların ölkə gələcəyi haqqında ümidsizliyi var. Eyni zamanda nüfuzsuz və heç kimə lazım olmayan bir ölkənin vətəndaşları olmaq istəmirlər. Bu baxımdan biz yaxın zamanlarda Azərbaycan vətəndaşlığı üçün yalvaran ermənilərin sayında artımlar müşahidə edəcəyik.

 Emin Piri