adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Yanvar 2022 15:40
291
MƏMLƏKƏT

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 33 696 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il dekabr ayının 1-i vəziyyətinə 10 152 829 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə, əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bir kvadratkilometrə düşən əhalinin sayı 117 nəfər olub.