adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Noyabr 2022 09:00
1575
LAYİHƏ

“Azad Vətənim” adlı tədbirlər və rəsm müsabiqəsi təşkil olunub

Uşaq və gənclərə psixoloji dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökunət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azad Vətənim” adlı tədbirlərin və rəsm müsabiqəsinin təşkili layihəsini icra edir.

Sumqayıt şəhərində icra olunan layihə çərçivəsində keçirilən tədbirlərdə Qarabağın işğaldan azad olunmuş şəhər və kəndləri uşaq və gənclərə tanıdılıb, Şuşa şəhərinin zəngin abidələrindən, memarlıq komplekslərindən, göz oxşayan füsunkar təbiətindən, Azərbaycan əsgərinin qəhrəmanlığından, işğaldan azad olunmuş ərazilərimizin mədəni irsinin daha geniş təbliğindən, işğal və inkişaf dövrünü yeniyetmələrin yaddaşına həkk etməyin əhəmiyyətindən bəhs edilib, milli mədəniyyətimiz və incəsənətimiz təbliğ edilib.

Layihədə gənc nəsil arasında Vətənə, torpağa məhəbbət hisslərinın və hərbi-vətənpərvərlik ruhunun artırılmasının, xüsusi istedada malik olan yeniyetmələrin yaradıcılıq potensialının inkişaf etdirməsinin, onların bədii zövqünün inkişaf etdirməsinin və yeni istedadların üzə çıxarılması təmin edilmişdir.

Layihə çərçivəsində təşkil edilən rəsm müsabiqələrində və tədbirlərdə bütün iştirakçılar sertifakatlarla təltif edilib və onlara dəftərxana ləvazimatları hədiyyə edilib. Hər müsabiqədə seçilən 3 rəsm əsərinin müəlliflərinə isə xüsusi hədiyyələr təqdim edilib.