adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
22 Iyul 2022 10:56
876
ŞOU-BİZNES

Aysun Eşqinin əvvəlki evliliyindən danışdı: “Bir qızı da var...”


Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova mart ayında maraqlı açıqlamaları ilə gündəmə damğasını vurduğunu yəqin ki, unutmamısınız.
Həmin gün "Şourum" verilişinin virtual qonağı olan Aysun nişanlısından və növbəti aylarda baş tutacaq toyundan danışmışdı. O, şad günündə iki gəlinlik geyinəcəyini oğlan toyunun martda, qız toyunun isə oktyabrda olacağını bildirmişdi.Nişanlısından "Range Rover" markalı bahalı avtomobil istəyən sənətçi, cehizini də İstanbuldan alacağını dedi.Hətta İsmayılova toyundan sonra Bakıda moda evi də açacağını da vurğulayacaq

Aysun toydan sonra ilk dəfə həyat yoldaşı ilə bağlı etiraf edib.


Adalet.az xəbər verir ki, Tarix Əliyevə məxsus "Tam səmimi" YouTube kanalında qonaq olan Aysun deyib ki, Eşqin ondan əvvəl ailəli oldub və hətta bu evlilikdən bir qız övladı var:”Qeyri-rəsmi nikah deyil. Eşqin rus qadınla ailəli olub. Ona "cavanlıq səhvi" deyir. Onların övladı var. Tanış olanda bilmirdim əvvəl ailəli olub. Mənimlə tanış olmazdan 4 il əvvəl ayrılıblar. Eşqinin 28 yaşı var. Uşağı gəzməyə də aparırıq, ona hədiyyə də alıram. Mən ona vurulmamışdan öncə bilmirdim. Sevigili olandan sonra dedi ki, övladım var, necə qəbul edərsən? Dedim, sənin yox, bizimdir. İstəyirsən gətir evdə baxım. Körpədir, Eşqinin canından dünyaya gəlib".
Qeyd edək ki, Aysunun anası müğənni Rəqsanənin toya gəlməməsi suallar doğurmuşdu.


Əntiqə Rəşid