adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Iyul 2022 12:45
1145
ƏDƏBİYYAT

AYB-nin qurultayı Şuşada keçirilməyəcək

Bir müddət əvvəl Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının iyul ayında Şuşada keçirilməsi barədə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid paylaşım etmişdi.

İyul ayında olmağımıza baxmayaraq hələ də qurultay baş tutmayıb. Hətta “Qurultay Şuşada baş tutmayacaq” kimi şayiələr yayılmağa başlayıb.

Adalet.az-ın bu məsələ ilə bağlı sorğusuna cavab verən Rəşad Məcid qurultayın sentyabr ayında ya Bakıda, ya da Şabrandakı yeni yaradıcılı evində keçiriləcəyini deyib.

 

Eminquey