adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Sentyabr 2022 11:16
838
MƏDƏNİYYƏT

“Ata ocağı”nda YENİLİKLƏR

Xəzər Tv-də   yayımlanan “ Ata ocağı”  yeni obrazlarla  6-cı mövsümə başlayır.

Adalet.az xəbər verir ki, ötən mövsümlərdə serialda yer alan  Xalq artisti Vidadi Həsənov, Əməkdar artistlər Sənubər İsgəndərli,  Xatirə Süleymanova və Elman Rəfiyev yenidən layihəyə qayıdıblar. 

Bununla yanaşı, ötən mövsüm seiralda iştirak edən bəzi obrazlar  6-ci mövsümdə olmayacaq. Belə ki, əməkdar artist Mehriban Xanlarova, aktyorlar Türkay Cəfərli, Aydan Ağazadə, Sanura Cəfərova, Şəms Allahverdiyeva, Kənan Yusifov, Yasin Həzirə, , Corc Qafarov və  Fəridə Şahbazova layihə ilə vidalaşıblar. 

Son zamanlar  işə qəbul olmağa  görə  GTT ilə problem yaşayan  gənc aktyor   Cavidan  Kəsəmənli də seiraldan ayrılıb.
Serialda Akif  obrazını canlandıran Xalq Artisti Vidadi Həsənov “Ədalət.az”a açıqlamasında bildirib ki, bu mövsümdə əvvəlkindən daha sərt xarakterli insan  olacaq: “ Akif bu dəfə daha ehtiyatlı davranacaq.  Bir sözlə pambıqla baş kəsəcək”

Qeyd edək ki,  serialda baş rolları  Xalq Artistləri Qurban İsmayılov (Nazim) və Həmidə Ömərova (Şəfiqə) ifa edirlər.


Əntiqə Kərimzadə