adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Yanvar 2023 14:30
399
GÜNDƏM

“Artsax möhkəm ol” deyən tennisçi möhkəm ola bilmədi: Acı məğlubiyyət...

Xatırlayırsınızsa, yanvarın 23-də tennisçilərin “Australian Open” turnirində Azərbaycana qarşı növbəti təxribata yol verildi. Yarışda Ermənistanla yanaşı Qarabağdakı separatçı rejiminin bayrağı açıldı.
Bu təxribatçı əməl turnirdə Rusiyanı təmsil edən erməni əsilli tennisçi Karen Xaçanovun təşəbbüsü ilə yaponiyalı Yesexito Nisioka ilə görüş zamanı törədildi.


Həmçinin Xaçanov oyundan sonra yenidən kameranın obyektivinə “Sona qədər inanmağa davam edin. Artsax, möhkəm ol” yazdı. ATF hadisəni pisləyib və rusiyalı erməninin hərəkətlərini “Azərbaycana qarşı yönəlmiş qəbuledilməz təxribat” hesab etdi. Milli federasiya “faktları və hüquqi sənədləri” təqdim edərək ITF-ə rəsmi etiraz göndərdi.


Adalet.az xəbər verir ki, bu həddini aşmış erməni tennisçi nəhayət məğlub olaraq, yarış meydanını tərk edib.
Məlumatı Rusiyaya məxsus idman saytları yayıb.Məlumatlarda Karen Xaçanovun Avstraliya açıq tennis çempionatının finalına yüksələ bilmədiyini vurğulayıb.
Qeyd edək ki, Xaçanov yanvarın 20-də ABŞ tennisçisi Frensis Tiafonunu məğlub etdiyi görüşdən sonra da qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazmışdı. O, obyektivin üzərinə “Artsax möhkəm ol” sözlərini qeyd etdiyi üçün Qarabağdakı qondarma qurumun “dövlət naziri”, rusiyalı milyarder separatçı Ruben Vardanyan ona təşəkkür ünvanlamışdı.

P.S. Buna deyək ilahi ədalət!


Əntiqə Rəşid