adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Aprel 2022 11:02
2903
LAYİHƏ

“Aran iqtisadi rayonunda yaşayan qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması” adlı layihənin yekun tədbiri baş tutub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyədəstəyilə “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyi “Araniqtisadi rayonunda yaşayan qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması” adlı layihəsi çərçivəsində 14-15 aprel, 2022-ci il tarixlərində Saatlı və Sabirabad rayonlarında qadınlara “Qadın sahibkarlığı və Biznesə Başla təlimləri keçirilib.

Layihə çərçivəsində aparılan sorğu nəticələri göstərir ki, maliyyə və hesabatlılıq sisteminin qurulması, biznes planların hazırlanması, investisiya qoyuluşu, marketinq və digər istiqamətlərdə məsləhət xidmətlərinin göstərilməsi və maarifləndirmə işlərinin aparılması regionda yaşayan qadın sahibkarlar üçün ən vacib məsələdir. Təlimlərdə Saatlı və Sabirabad rayonlarında yaşayan 100 nəfər evdəməşğulluq fəaliyyəti olan qadın iştirak edib. Təlimin sonunda sahibkarlıq fəaliyyətində fəallığı ilə seçilən 28 nəfər qadına müxtəlif peşə avadanlıqları hədiyyə olunub.