adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Sentyabr 2022 12:53
580
GÜNDƏM

Aqil Abbas: "Şəhid qardaşına iki otaqlı ev vermək belə çətindirmi?" 

Milli Məclisin deputatı Aqil Abbas parlamentin plenar iclasında uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusunun verilməməsi məsələsindən danışıb.

Adalet.az-ın məlumatına görə, deputat çıxışında həmin şəxsə şəhid ailəsi statusunun verilməsini təklif edib.

“Axı bu, nə qanundur? Necə yəni bir var-yox qardaşı olana şəhid ailəsi statusu verilmir? Ailəli birinə necə bir otaq mənzil verilə bilər? Şəhid qardaşına iki otaq mənzil verilməsi böyük işdir? Xahiş edirəm ki, sədr (Sahibə Qafarovaya müraciətlə - red.) kimi həmin ailə diqqətə alınsın və ona iki otaq mənzil verilsin. Həmçinin şəhid ailəsi statusunun verilməsinə kömək edəsiniz”.