adalet.az header logo
  • Bakı 11°C
09 Avqust 2022 10:38
302
DÜNYA

Antirusiya sanksiyaları əhəmiyyətini itirir

 Antirusiya sanksiyaları əhəmiyyətini itirir.

Adalet.az xəbər verir ki, Bloomberq agentliyinin məlumatlarına görə, Avropanın cənub və Aralıq dənizi dövlətləri Rusiyadan gizli olaraq neft məhsulları alırlar. Neft tankerlətinin hərəkətlərini izləyərkən Qara dəniz və Baltik dənizləri vasitəsilə İtaliya limanlarına çoxsaylı daşınmaların həyata keçirilməsi müşayət olunur.

İspaniya aprel ayından başlayaraq, Qazaxıstan vasitəsi ilə Rusiyanın Urals markalı neftinin alması davam edir. Yunanıstan da rusiya markalı neft almaqdadır. Bundan başqa Rumıniya və Bolqarıstan son altı həftədə Rusiyadan aldıqları neftin həcmini artırıblar.  Agentliyin məlumatına görə, bütün bular göstərir ki, antirusiya sanksiyalarının yələbləri kobud şəkildə pozulur. Hindistanın neft emalı zavodları Rusiyadan aldıqları xam neftin miqdarını 50 dəfə artırıb.

Britaniyanın İndependent qəzeti yazır ki, Rusiya neftinə embarqo qoyulandan sonra, xaricə neft daşınmalarının miqdarı iki dəfə artıb. Avropa şirkətlərinin Rusiya neftindən imtina eyməsindən sonra, digər daşıyıcılara inanılmaz gəlirlər gətirməklə yanaşı, Rusiyanın büdcəsinə də bir milyard dollar gəlir gətirib.

 Avropa İttifaqı 3 iyun tarixində Rusiyaya qarşı 6-cı sanksiyalar paketini qəbul edib. Sanksiyakara görə, həmçinin Rusiya neft məhsullarından 6-8 ay ərzində tamamilə imtina edilməsi nəzərdə tutulub. Lakin görünən odur ki, kimlərsə antirusita sanksiyalarından yararlnaraq varlanmaq istəyir.

 Bir sözlə, demək olar ki, Qərbin antirusiya sanksiyaları getdikcə əhəmiyyətini itirməkdədir. Rüstəm Hacıyev