adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Oktyabr 2022 11:27
562
MƏDƏNİYYƏT

 Aktyor: “Xalqın yanında olan deputat var?"

Sosial şəbəkə hesabında paylaşımları ilə diqqər çəkən məşhurlardan biri də Kamran Ağabalayevdir.

Adalet.az xəbər verir ki, aktyor facebook hesabında yazdığı status ilə kütlənin marağına səbəb olub:

 O, “əyibolmasın  soruşmaq deputatda 5 milyon nə atdırır? Bir nəfər xalqın içindən çıxan deputat var ölkədə? Xalqın dərdin çəkən? Xalqın yanında olan? (Aqil Abbas xaric).Əcəb işdi vallah,arada get otur öt öt danış sonra da ayda 5-6.000 qoy cibinə,gözlə canın çıxmasın?! Sonra kürdlər səni petəzləsin 5.000.000 alsınlar,sən də rahat gəz dolan,papanın gül balası! 5.000.000-un vergisini verib görəsən? Ölkədən başqa vaxt 1000$ çıxaranda alt geyiminin rəngini də soruşurlar,indi nə oldu,balıq buraxdı,dərya bulandı?”-  deyə, fikrini kəskin şəkildə ifadə edib.

Əntiqə Kərimzadə