adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 May 2022 10:32
1054
ŞOU-BİZNES

Aktrisa aktyor oğlunu əsgərliyə yola salır: “Çox duyğulandım”

"Yasak elma" serialının maraqlı obraz olan Enderi canlandıran  aktrisa Şevval Sam Azərbaycan tamaşaçısına tanış addır.
 
Şevval sosial media hesabında şəxsi həyatı ilə heç bir paylaşım etmədiyindən hər kəs onun sevgilisi olmadığını düşünürdü. Ötən il- 11 ildən sonra o, İnstaqram səhifəsində sevgilisi ilə fotosunu paylaşdı. Daha çox sənəti ilə bağlı xəbərlərlə gündəmə gələn aktrisanın uzun illərdir musiqiçi Sarp Madenlə eşq yaşadığı məlum olmuşdu.

Şevval Samın futbolçu Metin Tekinlə evliliyindən olan 1997-ci il doğumlu oğlu Tarık Emir hələ illər əvvəl , Oxford Universitetinə daxil olub. 8 min nəfərin sənəd verdiyi universitetə 17 nəfər daxil olub ki, onlardan biri də Tarık olub. 

Tarık adıgedən universitetin məzunu olsa da aktyorluğu seçib.

Adalet.az HaberTürk-ə istinadən xəbər verir ki, aktrisanın oğlu əsgərliyə gedəcək. Ötən gün anası Şevval Sam və sevgilisi Sofiya ilə Arnavutköydə obyektivlərə tuş gələn Tarık Emir Tekin milli xidmətini edəcəyi Maltepedəki hərbi bölməsinə təslim olacağını bildirib. Mətbuat mənsubları ilə söhbət edən Sam, "İndi oğlumu yola salacağam. Çox həyəcanlıyıq. Sadəcə bir az duyğulandım..." 

Qeyd edək ki, anası kimi aktyorluğu seçən Tarık ekranlarda rekordlar qıran “Sadakatsız” serialında baş rollardan birini oynayırdı.

Əntiqə Rəşid