adalet.az header logo
  • Bakı -°C
07 Mart 2024 10:18
2312
ƏDƏBİYYAT
A- A+

AİLƏDƏ VALİDEYNİN ROLU…

Ev-ailə uşağın göz açdığı mikro-məkandır. Və bu məkanda baş verənlər, evin övladının ilk gördüklərini qavrayır, valideynlərin bir-birinə münasibətinə göz qoyur. Heç şübhəsiz ki, dediklərimiz uşağın anlayışlı yaşlarından başlayır. 

Ailədə-evdə ananın aparıcı rol oynaması və uşağın birbaşa anadan asıllığı, övladı anaya bağlayan ilkin şərtlərdəndir. Evdə-ail?d? olan hər hansı bir maddi ehtiyacları və yaxud nəyisə həll etmək atanın üzərinə düşdüyündən, ananın ailə üçün istədiklərini dilə gətirərkən, atanın dinlənməsi-susması da uşağı anaya bir az da yaxınlaşdıran səbəblərdəndir...

Körpə ata tərəfindən nə qədər əzizlənsə də, ailədə ananın roluna üstünlük verir və bu zaman təbii olaraq uşağın hələ tam formalaşmamış həyata baxışında güclü-gücsüz meyarı yaranır. Atanın ailədə olan problemləri həll edərkən, olan bəzi gecikdirmələr qadını danışdırdığından, uşaq özünə mütləq şəkildə ananı tərəf seçir. 

«Dünya gör-götür dünyasıdır» atalar sözümüz elə birbaşa ailədə böyüyən övladlarımıza aiddir. Bu mənada ailədə olan mühit-atmosfer övladın gozl?rind? kimin-kim olduğunu ortaya qoyur. Uşaq nə qədər təbii olaraq anaya bağlı olsa da, onun saf, təmiz, hələ heç bir iz qalmayan yaddaşında, anasının atasına qarşı olan yerli-yersiz qınamalar?-günahlandırmalar? uşağın psixologiyasında mənfi, elementlərin yaranmasına səbəb olmaqla, ata-ana münasibətlərinin niyə belə olduğu uşaqda mənəvi-psixoloji zədələrin ilk rüşeymlərininin bünövrəsini qoyur…

Evdə-ailə də olan ən kiçik mübahisə belə uşağın uşaq qəlbində təəssüf, nigarançılıq və bəzən də qorxu, təşfiş yaradır. Hələ araya girmək, harayçılıq etməyi bacarmayan uşağın qəlbində ağrının, təəssüfün hissləri onun psixologiyasında mənfi təməlin yaranmasının səbəbidir.

Uşaq baxçaları körpələrin ünsiyyət qurmasının, bir-birinə yanaşmasının, yoldaşlıq etməsinin məktəbidir. Uşaq baxçalarına getməyən, qoyulmayan uşaqlarda, evdə olanları qismən də olsa unutmağa, başı qarışmağa yeri olmadığından zehni cəhətdən formalaşması bir xeyli ləngiyir. 

İstər uşaq baxçasına, daha sonralar isə məktəbə gedən uşaqların da,  bağçada, məktəbdə uşaqlara fərq qoyulması, uşağın valideyininin imkanlı-imkansız, vəzifəli-vəzifəsiz olmasına görə baxça müəllimlərinin də belə «seçim»ləri, ailədə olan problemlərin fonunda uşağa öz mənfi təsirini göstərir. Təbii ki, istər bağça, istərsə də məktəb müəllimləri, uşaqlara yanaşmada bu incə nüanslara əhəmiyyət verməməkləri, ayrı-seçkilik etməsi (uşağı qarşılayarkən validenyə xoş getməsi üçün, uşağı danışdırarkən, yanaşmasında olan mehir-istilik, bütün uşaqlara şamil edilmədiyindən) bu mənzərəni görən, izləyən uşaqlarda həsəd, qibtə duyğuları oyadır. 

Evdə-ailədə ilkin bünövrəsi qoyulan tərbiyənin, baxçada, məktəbdə üst-üstə düşməməsi, formalaşma, nəyin necə olmasını ayırd edən yasaqlarda ikili yanaşmanın zərərli-neqativləri müşahidə olunur. 

Valideynin uşağı yeməklə, paltarla təmin etməyi hələ tam valideynlik deyil. Odur ki, ailədə dünya görüşü kifayət qədər geniş olmayan valideynlər (ata, ana) səni saxlayıram (pal-paltar alıram, yedizdirirəm) deyilən ailədə uşağa mənəvi tərəfdən məyusluq gətirir. Əlbəttə, həyata gəlmiş uşağın - insanın ilkin tələbatları valideynlər tərəfindən ödənilməsi ata-ananın mənəvi borcudur.

Belə minnətli qınamalar, uşaqlarda özünə inamı zəiflədir, asıllıqla barışmalı olan uşaqlarda daxili təbii etirazalrın yaranması baş verir. Çox təbii ki, insan yaratdığını yaşatmalıdır. Hələ düşüncəsi qətiləşməyən, duyğuları pərakəndə, təzadlı olan, həyatı tam-bütün dolğunluğuyla dərk etməyən körpələr çıxılmazlıq-asılılıq labirintində ölçüb-biçirlər. Valideyn - ata-ana hansı bir haqla, etdiyi borcunu dilə gətirməli, övladı minnətlə yükləməlidir?!-------
Valideyn dünyaya gətirdiyinin hər əzabına qatlaşmalı, cəmiyyət üçün böyütdüyü-yetişdirdiyi vətəndaşın hələ formalaşmamış düşüncəsinə, edilməsi təbii mənəvi-maddi olan xidmətini başa qaxmalı, üzə vurmamalı, uşağı borclu çıxartmamalıdırlar. Axı, sənə də baxıblar, böyüdüblər. Çox təbii ki, az da olsa, uşağına baxa bilməyən bəzi valideynlər uşaqlarını uşaq evinə, internata verirlər. Deməli, yaranmışı yaşatmaq hüququnu dövlət də qoruyur.
Düşüncəsiylə özlərinə haqq qazandıran bəzi valideynlər anlamalıdırlar ki, yiyəsizlikdən itin, pişiyin nəsili kəsilməmişdir. Evi-eşiyi olmayan - dar macalda doğduğunu südlə təmin edən, əzizləyən, diliylə yalayan, ağzında yuvadan-yuvaya daşıyan pişiklərdən nümunə götürülməlidir. Çox zaman heyvanların balalarına qarşı sevgisini-qayğısını adamlarda görməmək heyrət doğurur. Gəldiyim qənaətə görə, şəxsi fikrimdə, elə bilirəm ki, heyvanlar təbiətə, həmcinslərinə, balalarına yanaşma da daha demokratikdirlər… 

…Hər millətin öz mentalitenti olduğu məlumdur. Ancaq övlad sevgisində bənzərsiz millət olmağımız da bir aksiomadır. Ruslar on yeddi - iyirmi yaş arasında (tək bir övladı olsa da) olan övladlarına - necə yaanşmaq barədə heç bir öyüd - göstəriş vermirlər (bu genetikadan gələn bir vərdiş - milli xüsusiyyətdir). Övladlar  hərbi xidmətdə  olur, qayıdır və yaxud təhsilini bitirib, istədiyi kimi hərəkət edir, ata-anadan ayrılırlar. 

Bizim millətin isə xarakterində - təbiətində övladı gözündən uzağa buraxmamaq, 50-60 yaşlı övladına hələ də uşaq kimi baxmaq xüsusiyyətləri var. Mən ailədə həddən ziyadə əzizləmələrin, ifrat dərəcədə başına dönmələrin əleyhinəyəm. Və müsahibələrimdə bütün belə halların övladı eqoistliyə, özündən razılığa aparan  hallara səbəb olur. Nəticədə valideynin zəhmətinin, qayğısının qiymətləndirilməsi mənfi hal alır. Valideynlər istəklərini tam biruzə verdiklərindən övlad sui-istifaə edir - ailədə söz sahibi olmağ çalışır. 

Uzun illərin müşahidəsindən sonra, gəldiyim qənaət  budur ki, övladlarımıza olan sevgi-məhəbbətimizin heç olmasa dörddə birini bildirməyək, ehtiyatda saxlayaq ki, övlad eqoitstliyinə - baş gicəllənməsinə, saymazlığına və özünə vurğunluğuna yol verməyək…

Südabə Vəliyeva.