adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Iyul 2022 17:21
1010
KRİMİNAL

Ağcabədi polisindən əməliyyat: Evdən 7 kq marixuana çıxdı

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini Taleh Əliyev saxlanılıb. İlkin olaraq onun üzərinə baxış keçirilərkən marixuana aşkar edilib. Daha sonra onun yaşadığı ünvana baxış zamanı 7 kiloqram 300 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.