adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Iyun 2022 09:47
912
ƏDƏBİYYAT

"Abşeron yarımadamı" təqdim ediləcək

Şair, esseist Ramil Əhmədin yeni kitabının təqdimat və imza günü keçiriləcək.

Təqdimat iyunun 25-i, saat 17:00-da "Libraff" kitab mağazasında (Elmlər Akademiyası metrosunun əsas çıxışı ilə üzbəüz)  baş tutacaq.

"Abşeron yarımadamı" adlı kitabda müəllifin son illərdə qələmə aldığı şeirlər toplanıb.

"Parlaq İmzalar" nəşriyyatında işıq üzü görən kitabın redaktoru Aqşin Yeniseydir. Cilddəki rəsm Anar Hüseynzadəyə məxsusdur.