adalet.az header logo
  • Bakı 20°C
09 Avqust 2022 10:27
436
SİYASƏT

ABŞ-ın Ukrayna müharibəsindən gözləntiləri

ABŞ -ın dövlət katibi Entoni Blinken bəyan edib ki, onlar Ukraynada gedən hərbi döyüşlərin sülh danışıqları ilə bitəcək.

Adalet.az xəbər verir ki, bundan başqa dövlət katibi bildirib ki, "ABŞ elə etməlidir ki, Ukraynanın suveremliyi və müstəqilliyi zərər görməsin. Bu həm ukrsynalılar, həm də bütün dünya üçün çox vacibdir".

 

 Əslində Blinken hamının bildiyi həqiqəti söyləyib. Bütün müharibələr müddətindən və gedişatından asılı olmayaraq sülh danışıqları ilə başa çatır. Lakin maraqlısı odur ki, ABŞ kimi nüfuzlu bir ölkənin dövlət katibi "sülh axtarışındadır", ABŞ-ın müdafiə nazirliyi isə müharibənin daha da şiddətlənməsi üçün Ukraynaya bir milyard dollarlıq silah-sursat ayırmağı qərara alıb.

 Bir tərəfdən də, ABŞ Konqressinin senatorları Riçard Blyumental və Lindsi Qrem bir daha Rusiyanı terrorun sponsoru olduğunun elan edilməsini yenə də tələb ediblər. Qrem hətta bəyan edib ki, senatorlar "Moskvanı daha çox sanksiyalarla yükləmək üzərində düşünürlər". Bu bir daha göstərir ki, amerikan siyasətçiləri hələ rusları yaxşı tanımırlar.

" The NewYork Times" bildirir ki, Blinken Rusiyanın terrorizmi maliyələşdirməsi məsələsinə qarşı çıxır. Bayden administrasiyası da, konqressin və Ukrayna tərəfinin xahişlərinə bzxmayaraq, bu ideyaya ehtiyatla yanaşır.

Rüstəm Hacıyev