AAYDA-da xüsusi qərargah yaradılıb
Payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarının, hərəkətin fasiləsizliyinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən görülən işlər davam etdirilir.
Adalet.az xəbər verir ki, bu məqsədlə Agentliyin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, eləcə də tabeliyindəki Məhdud Məsuliyyətli Cəmiyyətlərin istehsalat bazalarının və idarə binalarının 2025–2026-cı illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün Agentliyin İdarə Heyəti sədrinin əmri ilə xüsusi qərargah yaradılıb.
Həmin əmrlə tabelikdəki MMC-lərin xidmət göstərdikləri avtomobil yollarında payız-qış mövsümünə hazırlıq, o cümlədən Bakı şəhərinin prospekt və küçələrinin qardan və buzdan təmizlənməsi üzrə Tədbirlər Planı təsdiq edilib.
Əmrə uyğun olaraq görülən işlərin icrası və qış mövsümünə hazırlığın gedişi keçirilmiş müşavirədə müzakirə olunub.
Müşavirə zamanı qış aylarında yarana biləcək çətinliklərin operativ şəkildə aradan qaldırılması üçün həyata keçirilən hazırlıq tədbirləri barədə məlumat verilib, məsul şəxslərlə mövcud vəziyyət ətraflı qiymətləndirilib.
Sonda müşavirə iştirakçılarına mövcud çatışmazlıqların aradan qaldırılması, payız-qış mövsümünə hazırlığın gücləndirilməsi və qarşıda görüləcək işlərin yüksək keyfiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Digər Xəbərlər
02 Dekabr 2025 11:55
Bu vəzifəli şəxslər cərimələndi
02 Dekabr 2025 11:22
İşğaldan azad olunan ərazilərə 22 milyard manat xərclənib
02 Dekabr 2025 10:44
TƏBİB sürücülərə təşəkkür etdi - VİDEO
02 Dekabr 2025 10:14
Vasif Talıbovun qərarı ilə yaradılan dövlət qurumu LƏĞV EDİLDİ
02 Dekabr 2025 09:00
"Avant" MTK-ya məxsus binada ev sahibi olanlar 3 ildir ƏDV-lərini geri ala bilmirlər - VİDEO
01 Dekabr 2025 18:33
Ehtiyatdan çağırılan hərbçilərlə təlim toplanışı keçirildi - VİDEO
01 Dekabr 2025 16:29
Naxçıvan Ali Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik edildi
01 Dekabr 2025 16:09


Bakı -°C

