adalet.az header logo
  • Bakı 18°C
21 Iyul 2022 10:30
589
KRİMİNAL

66 nəfər saxlanılıb

Adalet.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 20-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 74-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 4-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
- Narkotiklərlə əlaqəli 43 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.