adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 May 2022 11:20
764
ŞOU-BİZNES

61 yaşlı müğənni inkar etdi: "Mən estetik əməliyyat etdirmədim”

61 yaşı olsa da yaşından xeyli cavan görünən Türkiyənin tanınmış müğənnisi Sofiyə Soyman gənc qalmasının sirlərini pərəstişkarları ilə paylaşmış, cavan qalmasının səbəbini sağlam, orqanik qidalardan istifadə etməsində, bir də insanlara qarşı xoş münasibət göstərməsində olduğunu deyib. “İnsanlara xoş münasibət göstərirsən, xoş münasibət də görürsən, bu insanın ruhunu xoş edir, cavan qalmasına yardımçı olur. Sevmək insanın ruhunun qidasıdır, insanı cavanlaşdırır: Təbiəti, insanları, heyvanları, dünyanı sevmək lazımdır”

Adalet.az HaberTürk-ə istinadən xəbər verir ki, ötən gün Beyoğluda görüntülənən Safiye Soyman jurnalistlərin “mediada plastik əməliyyat etdirdiyiniz yazılıb” sorğusuna cavab verib. Sənətçi "yox, estetik əməliyyat etdirməmişəm. Sadəcə göz qapaqlarımda problem var idi, onu həll etdim. O, haradan ağıllarına gəldi? Ağıllarına gələni də yazırlar”- deyə açıqlama verib.

Qeyd edək ki, Safiye Soyman ilk evliliyi 1974-cü ildə 13 yaşında ikən Ziya Akarözlə baş tutub. Bu evlilikdən Ümran Erleradlı qızı, Harun adlı bir oğlu var. 1985-ci ildə Ziya Akarözdən boşanıb.

Onunla boşandıqdan sonra 1999-cu ildən iş adamı Faiq Öztürklə yaşayır.

Soyman 2017-ci ildə bir müddət gündəmdən düşmədi.Həmin il Vyetnama gedən məşhur müğənninin başına qəribə bir olay gəlib. Safiyə hadisəni danışaraq bildirib ki, səfər zamanı it ətini toyuq əti bilərək yeyib: "Xəbər tutanda halım pisləşdi, xəstəxanaya düşdüm". Safiyə Soyman 15 gün xəstəxanada yatdığını deyib.

 

Əntiqə Rəşid