adalet.az header logo
  • Bakı 16°C
23 Iyun 2022 11:32
1283
ŞOU-BİZNES

3 evlilik, sevgililər, gözəllik və istedad: 67 yaşlı gənc Ornella Muti - FOTOLAR

Bütün dünyada gözəlliyi və istedadı ilə tanınan aktrisalardan biri Françesko Romana Rivellidir. Ad tanış gəlməd eləmi? Odur ki, dünya onu tanıdığı adla sizə təqdim edək: 1994-cü ildə "Class" jurnalının təşkil etdiyi anketdə dünyanın ən gözəl qadını seçilən Ornella Muti!

Adalet.az xəbər verir ki, atası italyan, anası eston olan bu gözəli elə gözəlliyinə görə kinoya 15 yaşında olarkən dəvət ediblər. Bəli, gözəlliyi ona istedadını nümayiş etdirmək üçün yol açıb. Azərbaycan tamaşaçısı onu möhtəşəm Adriano Çelentano ilə birgə oynadığı “İnadkarın ram edilməsi” filmində izlədi sevdi . Daha sonra “Leonor”, “Qız və cənab”, “Yepiskopun otağı”, “Həyat gözəldir”. “Sevgi və pul”, “Yaza qədər gözlə, Bandini”, “Mən və bacım”, “Qaçış”, “Kişilər və qadınlar, həqiqət və yalan”, “Qatil”, “Qan və qızılgül”, “Roma macəraları” filmlərində bu gözəllik və istedad məcmusunu görmək yenidən bizə nəsib oldu.
 

Həmkarı Adriano Çelentano ilə eşq yaşadığını çox gec etiraf edən Muti 3 dəfə ailəli olub. Birinci əri aktyor Alessio Orano (1975-1981), ikinci əri isə Federiko Fakkinettidir (1988-1996). 3-cü əri isə tanınan və ispan film rejissoru Xosé Luis Bermúdez de Kastro Akasodur. Ornellanın üç uşağı var: anasına oxşarlığı ilə tanınan və ispan film rejissoru Xosé Luis Bermúdez de Kastro Akasodan olan qızı Naike Rivelli, Andrea və ikinci əri Federikodan olan qızı Karolina.
 

Hər üç ərindən boşanan Muti 1998-ci ildən bəri plastik cərrah Stefano Pikkolo ilə birlikdə yaşayır. Əvvəllər isə bir çox məhşurla sevgili olub. Rusiya prezidenti Vladimir Putinlə şam yeməyi yeyərək gecəni onunla keçirdiyi də 2010-cu ildə gündəm olmuşdu. Hollivud ulduzu Kevin Kostnerlə də adı hallanmışdı,
 

Hazırda Ornella Muti 67 yaşındadır və gözəlliyi ilə indidə diqqət mərkəzindədir.

 

Əntiqə Rəşid