adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 May 2022 10:01
1350
ŞOU-BİZNES

26 il ”qızım deyil” dedi, sonra ona ev aldı, indi də nişan mərasimi keçirdi - Tatlısesin qızı Dilan...

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısesqeyr-qanuni nigahdan olan qızı Dilan Çıtakın 2016-cil də yəni 26 il sonra onun qızı olduğunu qəbul etdi.

Ata qızını qəbul etdikdən sonra aralarında bir müddət soyuqluq da yarandı Beləki, övladlarının hər birinə Kuşadasında yerləşən binalardan bir mənzilhədiyyə edənTatlısəs Dilanı “unutdu”. Bu da ata-qız arasında küsülülüyə səbəb oldu.

Onlar uzun müddət sonra bir araya gələrək barışdılar. İbrahim Çıtaka verdiyi evdə onu ziyarət etdi. Dilan sosial media hesabında “Xoş gəldin, ata” sözlərini yazaraq, yeni evində atası ilə çəkilən fotosunu paylaşdı.

Ata qızına ev aldıqdan sonra indi də onun xeyir işində iştirak edir.

 

Adalet.az HaberTürk-ə istinadən xəbər verir ki, İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtakın nişan mərasimində olub. Dilan 4 ildir sevgili olduğu və bir yerdə yaşadığı Levent Dörtellə nişanlandı. Səbəbkarların üzüklərini İbrahim Tatlıses taxtı və xeyir-dua verdi. Toy kimi böyük və təmtəraqlı keçən nişan mərasimində Tatlısəs “əlimdən nə gəlirsə qızım üçün edəcəyəm” sözləri ilə çıxış etdi.

Qeyd edək ki, İbrahim Tatlıses 1989-cu ildə İşıl adlı müvəqqəti münasibətdə olduğu qadından doğulmuşdu. 2013-cü ilə qədər uşağın onun olmadığını söyləmişdi. Nəhayət 2016-cü ildə uşağın onun olduğunu qəbul etdi və sosial şəbəkə hesabında bu sözləri yazdı:“Əhməd Səlimin, Gülşənin, Güldənin, Mələyin, Dilanın, İdonun, Elif Adanın atasıyam... Bundan başqa nə ola bilər ki? Əslini inkar edən bizdən sayılmaz” yazdı.

 

Əntiqə Rəşid