adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Iyul 2022 11:52
912
ŞOU-BİZNES

12 il sonra bir araya gələn aktyorların yeni filmindən FOTO


Tanınmış aktyor Kıvanç Tatlıtuğ və aktrisa Beren Saat 12 ildən sonra yenidən setdə bir araya gəliblər.

Yadınızdadırsa məşhur oyunçular “Aşkı-ı Memnu” serialında Behlul və Bihter rolu ilə tamaşaçıların sevimlisi olmuşdular. Hazırda eyni layihədə yer aladıqları serialdan ilk fotolar da ictimaiyyətə çatdırılıb .


Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhurlar aktyorların - Şile sahilindəki çəkilişlərdə nümayiş olunan ikilinin fotosu “Blog Yağmur” adlı İnstaqram hesabında yayımlanıb. Tatlıtuğ və Saatın yerləşdiyi meydan qısa zamanda sosial mediada gündəm olub və pərəstişkarlarını coşdurub. Rejissoru Gönenç Uyanık olacaq filmin ssenarisini Nuran Evren Şit yazıb. İstanbul səhnələrinin çəkilişlərinə başlanılıb, filmin Nyu-York səhnələri də olacaq.

Əntiqə Rəşid