adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

YUNUS ƏMRƏ YOLU İLƏ...

VAQİF YUSİFLİ
2135049 | 2016-06-04 10:05
XII yüzilliyin yetirdiyi dahi Yunus Əmrə türk-islam sivilizasiyasının inkişafında misilsiz rol oynamışdır və bu gün-XXI əsrin əvvəllərində, üstündən səkkiz əsr keçsə də, bütün türk dünyası onun sənəti qarşısında baş əyir. Etiraf edək ki, onun adı Nizami, Füzuli, Nəsimi, Cəlaləddin Rumi, Xətai kimi dahi sənətkarlarla bir sırada çəkilir. Əgər Nizami ölməz "Xəmsə"si ilə bütün Şərq ədəbiyyatında humanizm bayrağını dalğalandırdısa, sadə insanların şahlardan, hökmdarlardan daha uca mərtəbəyə layiq olduğunu əks etdirdisə, Füzuli insan qəlbinin, insan məhəbbətinin romantikası, kainatı eşq gözüylə oxumağın sirri ilə bizi heyrətləndirdisə, Nəsimi insanı Allahla, xilqəti Xaliqlə bir mərtəbəyə qaldırdısa, Xətai qılıncla Sözün vəhdətini, birliyini nümayiş etdirdisə, Rumi Allaha, Haqqa doğru yolun vəhdət məqamına yetdiyinin fəlsəfəsini yaratdısa, Yunus Əmrə Rumi fəlsəfyəsini dərindən mənimsəyərək insanların könül dünyasında Allah sevgisini alovlandırdı, onları haqq yoluna çağıürdı, sevdiyi türk dilinin gözəlliklərini, əsl sənət və mədəniyyət dili olduğunu sübut elədi. Varlığın mövcud olma səbəbini Kamil İnsana bağlayan Təsəvvüf məktəbinin bütün Şərq aləmində yayılmasında Cəlaləddin Rumi və Yunus Əmrə təliminin rolu misilsizdir. Yunus Əmrə deyirdi ki, həyatın əzəli eşqdir, haqqa yetişən kamil insanın yolu, varlığı ilahi eşqin dərkindən keçir.

Axar su kimi çağlaram,
Dərdli ciyərim dağlaram,
Şeyxim anuban ağlaram,
Gəl gör məni eşq neynədi.
Miskin Yunus, biçarəyəm,
Başdan-ayağa yarayəm,
Dost əlindən avarəyəm,
Gəl gör məni eşq neynədi.

Yunus Əmrə əsl xalq ozanı idi, bütün tədqiqatçılar yazırlar ki, o, türk şeirinin öncülüydü. "Vəhdəti vücud" fəlsəfəsinin qaranlıqlarını dələın filosof idi Yunus Əmrə. O, sufizm fəlsəfəsini sadə xalq dilində, əsasən heca vəzinində yazdığı qoşmalarda, gəraylıülarda, ilahirlərdə, həmçinin əruz vəznində yaratdığı qəzəl və məsnəvilərdə ifadə etmiş, özündən sonra yaranan Türkiyə, Azərbaycan və Türkmən ədəbiyyatlarına güclü təsir göstərmişdir.Onun Azərbaycan şairlərinə təsiri haqqında çox yazmışlar, bunun özü ayrıca bir tədqiqatın mövzusudur.Mərhum xalq şairimiz Zəlimxan Yaqub 1991-ci ildə "Yunus Əmrə" dastanını qələmə aldı, ustad şairin həyatına, keçdiyi yaradıcılıq yoluna işıq saldı, bu böyük şairi Azərbaycan oxucularına tanıtdı. 2004- cü ildə Yunus Əmrənin "Divan"ı Azərbaycan dilində nəşr edildi və oxucular ilk dəfə olaraq Yunus Əmrə əsərlərinin ən əski və yaxşı nüsxəsi sayılan Fateh nüsxəsi əsasında tərtib edilən sanballı bir əsərlə tanış oldular.
Yunus Əmrə sənəti müasir Azərbaycan poeziyasına da təsirsiz qalmır və bu gün onun şeirlərinin cazibəsi neçə şairin yaradıcılığına işığını əsirgəmir. Rafiq Ələkbər də belə şairlərdən biridir.Onun "İrfan və eşq görüşləri" adlı Azərbaycan türkcəsində çap olunmuş şeirlər kitabı indi müasir türk oxucularına təqdim olunur və bu şeirləri oxuduqca hiss edəcəksiniz ki, Rafiq Ələkbər Rumi və Yunus Əmrə yolunu tutub gedir, o yolun sədaqətli bir varisi kimi şeirlərində Haqqa doğru yol alır.
Yunus Əmrə deyirdi ki, insan sevgisi Allahdan bir parçadır. Yunusun Allah sevgisi onun bütün şeirlərində fikir və düşüncənin mayasını təşkil edir.Rafiq Ələkbər də "Yoxdur Tanrıdan qüdrətli" şeirində deyir:

Bütlərə iman edənlər,
Tanrıyamı şəkk yaradıb.
Yoxdur Tanrıdan qüdrətli,
Kainatı tək yaradıb.

Öyünməyək mif etməyə,
Tanrıünı təhrif etməyə,
O, Özün tərif etməyə
Peyğəmbər, mələk yaradıb.

Yunus Əmrənin "irfan" elmində EŞQ məfhumu birinci sıradı durur və o deyirdi ki, "eşq ətəgin tutmaq gərək", Haqqa doğru yol ilahi eşq atəşinə tutulanların yoludur. Allaha doğru yol Allahı sevməkdən başlayır və bu da ilahi eşq ilə mümkündür. İlahi eşq irfan poeziyasının başlıca atributudur. İrfan əhli üçün Eşq yol göstərən işıqdır, nur məınbəyidir. Rafiq Ələkbər yazır ki: "Eşqin sehrinə düşmüşəm, Mənəm sənə həyan, gözəl...Eşqin acı-şirini var, Öz imanı, öz dini var. Ümmanlar tək dərini var, Gərək olsun duyan, gözəl"- bu misralar irfani eşqin adi, real ehqdən çox yüksəkdə dayandığına işarədir. Onun eşqi real hisslərdən doğur, amma bu real hisslər romantik duyğulara bürünür və Tanrıya ünvanlanır:

Rəhm elə dilə sən mənə amanı,
Qovum üfüqlərdən çəni, dumanı.
Sevgim sevindirsin göyü, səmanı,
Sən sevsən, sevəcək Tanrı da məni.

Tanrı kömək durar hər anımızda,
İlahi nur vardır imanımızda.
Göylərdən gələcək ənamımıuz da,
Sən sevsən, sevəcək Tanrı da məni.

Haqqa doğru gedən yol çox çətin, ağır sınaqlarla bağlıdır. Ulu Yaradana qovuşmaq, yenidən ona qayıtmaq-onun bir zərrəsinə çevrilmək ilahi eşq atəşilə yananların nəsibidir.

Keçdim ağır yükün altından daha,
Keçdim, bu dünyanın yükündən keçdim.
Dünyanın İblisə meyli çox imiş,
Əlindəın qurtardım, tükündən keçdim.

Kimlər gəlib-gedir, kim-kimi sevən,
Kimlərə ad qalar, kimlərə kəfən.
Cahillər dünyada salar vay-şivən
Dünya yolu üstə sükandan keçdim.

Tanrı dirəyidir-dağından tutdum,
Safından, pakından, ağından tutdum.
Ulu Yaradana sığındım, tutdum,
Mütləqdən, Vahiddən, Təkindən keçdim.

Əlbəttə, Yunus Əmrə təlimi, onun neçə əsr öncə söylədiyi fikirlər bu gün üçün də müasir səslənir və Rafiq Ələkbər də o fikirlərə, Yunus Əmrə kəlamlarına üz tutaraq onlara XXI əsr şairinin fikir və düşüncələrini qatır. Yunus Əmrə deyirdi ki, əgər bir mömünün qəlbin qıurarsan, haqqa eylədiyin səcdə deyildir. Deməli, bu dünyada günaha batmaq Tanrı yolundan sapmaq deməkdir və Rafiq Ələkbər bunu bir müasir şair kimi belə mənalandırır:

Bir ağır sınağı heçv yenməmişdən,
Gah murad, gah muraz, pənah üstəyik.
Bircə səvabımız görünməmişdəın,
Anadan olanı günah üstərik.

Günaha yaranıb elə bil insan,
Kimdəın doğulubdur hələ bilməyir.
Üstündə gəzdiyi adamlar niyə,
Bir qarış torpağı bölə bilməyir.

Yunus Əmrə həyat eşqi ilə yaşayan haqq aşiqi idi və şeirlərində də qətiyyən sızıltı, inilti yox idi. Çünki Allah sevgisində ölümləır, itkilər o sevgiyə inamı söndürə bilməz. Rafiq Ələkbər "Şəhidlik məktəbi" şeirində ölümüylə əbədiyyət qazanan şəhidləri belə tərənnüm edir: "Olmadınız tamah qulu, Atdınız şöhrəti, pulu. Bir Allahı, bir Rəsulu, Dini, imanı seçdiniz". Başqa bir şeirində isə ömrün, həyatın məna və mahiyyətini Tanrıya qovuşmaqda görür: "Tanrının mənə verdiyi, Ən çətin sınaqdır ömrüm".
Yunus Əmrə deyirdi ki, dünyada dərdsiz baş olmaz, dərd olanın ahı dinməz. Rafiq Ələkbər də ustadın bu fikrinə şeirlərində tez-tez müraciət edir. O, dərdi özünə dərd eləmir, əksinə, dərdlə munisləşir. "Dərdi dərdə salan mənəm" deyir və sonra da yazır ki:
Ömrüm çiçək açar qəmdən,
Gün tək işıq saçar qəmdən.
Kimsə qorxub qaçar qəmdən,
Qəmi satın alan mənəm.

Xoş gələr pak, dürr Tanrıya,
Agahdır hər sirr Tanrıya.
Gecə-gündüz bir Tanrıya,
Baxıb səcdə qılan mənəm.
Sevgi insan qəlbinin ən ali, ən müqəddəs duyğusudur və Yunus Əmrə poeziyasında Eşqlə, Sevgi ilə bağlı sətirlər çoxdur və o sətirlərin hər birində insandan Allaha doğru keçilən sufi yolunun (şəriət, təriqət, mərifət, həqiqət) müəyyən izləri əks olunur.
Yunus Əmrə deyirdi ki: "Eşqsiz adəm dünyadə bəldli bilün ki, yoqdur, Hər birisi bir nəsnəyə sevgisi var, aşiqdir" Yaxud: "Ey aşiqlər, ey aşiqlər, məzhəbü din eşqdür bana, Gördü gözüm dost yüzini, yaş qamu dügündür bana".
Rafiq Ələkbər də "Gülə-gülə ağlayacam, Sevə-sevə öləcəyəm" deməklə Yunus Əmrə həqiqətini təsdiq edir.
Yunus Əmrənin məşhur bir şeiri var və o şeir ümumən sufii poeziyasının məramnaməsi sayıla bilər: "Sevərəm bən səni candan içəri, Yolum ötməz bu ərkandan içəri.Sənin eşqün bəni bəndən alubdur, Nə şirin dərd bu dərmandan içəri". Yunus İmrənin bu məşhur şeiri irfan poeziyasıünın modeli sayıla bilər. İlk növbədə, burada Allaha böyük, qarşısıalınmaz məhəbbətin təzahürü ilə qarşılaşırıq. Allaha məhəbbət candadır, duyğudadır, "içəridədir"- Rafiq Ələkbərin bir çox şeirlərində ustadın həmin fikirlərinə bəzi işarələr görürük.
Rafiq Ələkbər müasir Azərbaycan şeirində Yunus Əmrə yolunu seçən və bu yolda izlərini qoymağa can atan şairlərdəndir və arzulayaq ki, o, bu yolda büdrəməsin, Tanrıya məhəbbəti, İlahi eşqə tapınmağı heç vaxt sönməsin!

TƏQVİM / ARXİV