TƏQDİMATDAN SONRAKI TƏQDİMAT

ƏBÜLFƏT MƏDƏTOĞLU
53794 | 2016-06-03 13:17

… Tədbirdən çıxandan sonraqəribə bir əhval-ruhiyyənin içərisində redaksiyaya gəldim. Tam səmimiyyətimlə etirafedim ki, tədbirin havası məni tutmamışdı, köklənə bilməmişdim o havaya. Çünki iştirakçılartamam fərqli bir ovqatda idilər. Amma mən başqa bir mənzərə, başqa bir ovqat gözləyirdim.Təəssüf ki, istəyimcə alınmadı. Söhbət tədbirdən getmir. Tədbir bütün parametrləriilə yerli-yerində idi. Necə deyərlər, təqdimat da, çıxışlar da, tədbirin idarə olunmasıda. Buna mən etiraz, irad əlaməti olaraq heç nə deyə bilmərəm. Sadəcə, hava o havadeyildi. Və mən də məhz o havanın sorağına getmişdim. Amma…

Hə, redaksiyaya gəldim.İş otağımın qapısını beş-on dəqiqəlik bağlı saxladım. Oturdum və hər iki əlimləöncə başımı bərk-bərk sıxdım. Qulaqlarımdakı səsi çıxartmaq istəyirdim elə bil başımıniçindən. Deyəsən alındı. Yavaş-yavaş həmin səsin yerini musiqi tutmağa başladı.Özü də elə bir musiqi ki, adamın bütün vücuduna hakim kəsilirdi. Bəli, bu gücünsahibi tək bir bəndədi. O da Üzeyir Hacıbəyov. Bax, həmin o musiqi mənə sarılandansonra elə bil ki, o havanın mehini duymağa başladım və…

Bəli, həmin gün yalnız osəslə, o musiqiylə yaşadım. Elə içimdə gəzdirdim onu. Sonra Bəxtiyar Qaracanı aradım.Çünki tədbirin gedişində ondan,təqdim edilən filmin diskini istəmişdim.Ona görə aramışdım. Və nəhayət günlərin birində diski əldə etdim. Filmlə üz-üzədayandım. Göydə Allah, yerə dörd divarın arasında mən və film… Dan yeri yenicə sökülmüşdü.Bu sökülən dan yerinin qızartısı pəncərəmdən güclə göründü. Amma filmin mənim içimdəçatdığı ocağın istisi artıq məni bürümüşdü. Ona görə dəbu neçə gün içimdə gəzdirdiyim həmin o musiqinin bu odu necə rahatlıqla yandırdığınıetiraf etməliyəm. Və indi də etiraf edirəm ki, məhz həmin o musiqidən bu oda, ocağaqədər mən özümdən xəbərsiz bu filmin içində olmuşam, onun arzusunda olduğum havasınaköklənmişəm. Və bir də onda ayılıb görmüşəm ki, mən elə bu filmin qəhrəmanlarından,personajlarından biriyəm. Çünki filmdə söhbət məndən, səndən, elə hamımızdan gedir…Tariximizdən, Vətənimizdən gedir... Özü də paralanmış, öldürülmüş, əlimizdən alınmışhissələriylə birlikdə…




Film çox dərin mənalarıözündə gizlədən və hətta alt  qatını beləgün işığı kimi göstərən titryazıları ilə başlayır. Orda məşhur Hemenqueyin sözləri ssenari müəllifinin dilində səslənir. Və mənhəmin o səslənən fikrin içindəki nöqtəyə diqqət yetirirəm. «…Kilsə zəngi səslənəndəsoruşma, ölən kimdi? O mənəm, o sənsən…»

Bəli, bu günə qədər izlədiyimfilmlərin, eləcə də kliplərin heç birində rast gəlmədiyim bir məqam, tikanlı məftillərnarı ortadan paralayır… Nar dənələri səpələnir… Və yavaş-yavaş o nar ləkələri qırmızıləkələrə, yəni qana çevrilir… Bu, paralanan Vətəndi… Bax, o qanın içərisindən birtarix başlayır, Azərbaycan tarixi… Filmi yaradanlar arxivə üz tutur… Müxtəlif zamanlarıöz yaddaşında, öz lentində yaşadan əsərlərdən fraqmentlər gəlib keçir göz önündən…döyüş səhnələri… Azərbaycanın işıqlı simaları, aydınları… eləcə də Mirzə Cəlilin,Əbdürrəhim bəyin, Mirzə Ələkbər Sabirinvə daha kimlərin əsərlərinin personajları... Nəhayət Şəhriyarı, Bəxtiyarı, Üzeyirivə …

Hə, Türkmənçaydan bu günəqədər günahkar kimi tarixə düşən və tariximizin, xüsusilə ədəbiyyat tariximizin,folklorumuzun dərd yeri olan, ağrı yeri olan bir ünvan. O da Araz çayı. Söz yazmağı,söz deməyi bacaran hər kəs öz üslubunda, öz imkanı daxilində qınayıb bu çayı. Ağzınınodunu, gözünün yaşını töküb o çayın üstünə. Və o çay iki qardaşın arasında sərhədkimi yaşamağa məhkum olub. Amma öz axarıyla, öz mövcudluğuyla suların durulacağınaümidi qırmayıb. Çünki Azərbaycan müstəqillik qazananda Arazın o tayından da, butayından da sərhəd məftillərini yalın əlləriylə çəkib qoparan millət var, yaşayır.Deməli ümid də var, ümid də yaşayır!..

Filmdə söhbət «Arazbarı»dangedir. Əslində bu söhbət deyil. Bu, Sona Vəliyevanın «Arazbarı» şeirinə söykənən,ondan qidalanan və elə o şeirin gövdəsi üzərində ərsəyə gələn bir əsərdi. Və çoxmaraqlıdır ki, bu bir şeirdə bütöv bir tarix ifadə olunduğu kimi, filmin yaradıcıheyəti də o bütöv tarixin səhifələrini çox ustalıqla ipə-sapa düzüb. Çünki söhbəttarixdən gedir, özü də millətin, dövlətin, Vətənin tarixindən. Tamaşaçı yol ayrıcında dayanıb yolnişanları ilə ekrandan həyata boylanan xanımın əlindən axan qana baxır. O, Şuşalövhəsini sıxıb. Həmin o lövhə onun barmaqlarını kəsir. Amma xanımın çöhrəsindənəzab yox, ağrı yox,bir həsrət tökülür, bir nisgil boylanır.Çünki o yol nişanları hərəkətdən xəbər vermir. Həyat o nişanların dibində bitibqutarıbdı. Ordan çağırış başlayır. Bu çağırışı da böyük Üzeyir Hacıbəyovun musiqisi,«Arazbarı»sı edir. Bəstəkar Tahir Əkbər Üzeyir bəyin musiqisinin qanadı altındabir musiqi almanaxı yaratmağa cəhd edib və deyim ki, bu cəhd də alınıb. Xüsusilətarda və kamanda ifa edən Mansurov qardaşlarının, həmçinin Bəyimxanım Vəliyeva vəEhtiram Hüseynovun duetində istək çin olub. Bu musiqinin təkcə özünü ayrıca birsəhifə kimi izləmək də mümkündü. Çünki «Arazbarı»nın təsiri o qədər güclü və mükəmməldiki, sanki gözünü yumub musiqili anlarla baş-başa qalırsan. Bax, bu yerdə rejissorvə ssenaristin, yəni Bəxtiyar Qaraca ilə Kəmalə Mirzəyevanın tamaşaçıya təqdim etdiyiəsl məqam ortaya çıxır. O da mənə görə iki nöqtədə xüsusilə özünü büruzə verir.Birinci,Arazın müxtəlif taylarında yaşayan gənclər... Onlarınhəsrətli sevgisi… Araz qovuşmağa imkan vermir… Tarixin savaş anları… Ortada Vətən,qana bulanan Vətən… paralanan Vətən… Yenə Araz gəlir ortaya… Tale gəmiləri… Taleqayıqları… Oğlan və qız ayrı-ayrılıqda talenin ixtiyarında… Talenin gəmisində..Qovuşmaq yox… Hər kəs Arazda ayrı-ayrı səmtə üzür… Yenə ortada Vətən, amma öldürülümüş,paralanmış Vətən… Onu tabutda aparırlar… Aparanlar qadınlardı, analarımız, bacılarımız…Çünki Vətənlə ana eynidi… Öldürülən Şuşadı, Təbrizdi, Dərbənddi, İrəvandı… Bax,ana vətəni çiyninə qaldırıb… Bax, bu rejissorun, ssenaristin tapıntısıdı, tamaşaçıyagöstərdiyidi…

Mən film boyu həmin bu ikiməqamı yanaşı gördüm. Çiyin-çiyinə yol gedən gördüm. Və anladım ki, müəlliflər ortayadüşən Arazı yalnız məcazi mənala qınayırlar, günahlandırırlar. Böyük mənada bizimözümüzün yetərincə günahımız var. Bu günahdan çıxmağın yolu da həmin o sərhəd məftilininortadan kəsdiyi narın dənələrinin göyərməsi, bar verməsi, bir nar bağına çevrilməsiilə mümkündü. Elə ona görə də filmin sonunda Şəhidlər Xiyabanını ziyarət edən «Arazbarı»şeirinin müəllifi Sona Vəliyevanın çevrəsində uşaqlar görünür. Bu körpələr mənimdüşüncəmə görə həmin o nar dənələridi. Onlar tarixi öyrənir, tarixə ehtiram edirvə həm də o məşəllə birlikdə intiqam üçün, bütövlük üçün alovlanırlar.

Filmdə musiqiylə qiraətinharmoniyası da uğurlu alınıb. Mərhum xalq artistimiz İlham Əsgərovun səsləndirdiyi«Arazbarı» şeiri bir çağırışa bənzəyir. Çünki rejissor onun ifasını təbiət hadisəsininfonunda elə tamamlayıb ki, qarışan göy üzü, qapqara buludlar, çaxan şimşək və nəhayət,döyüş səhnəsi… Bütün bunlar gəlib Şuşanın, Kəlbəcərin, Qarabağın işğalı anlarıylaqarışır bir-birinə və misralardakı:

 

Araz boyu bu köçdü?

Məndən, səndən, ondan keçdi.

Göz yaşını güllər biçdi,

Yarı bülbül, yarı xarı -

«Arazbarı».

 

Bəli, bizim əksəriyyətimizən azından telekanallarda erməni işğalı zamanı didərgin düşənlərin, qaçqınlarıno faciəli köç səhnələrini izləmişik. Bax, filmin rejissor işinin qabarıq tərəflərindənbiri də budur. Şairin harayı, şairin düşüncələri bu nöqtədə xalq artistinin səsindəvə rejissorun, operatorun ortaya qoyduğu səhnədə tamamlanır. Məhz bu yerdə mən tamaşaçı kimi filmin bir dahaalındığını görürəm.

Bəli, son vaxtlar müharibə,şəhid, vətən və sair mövzularda filmlər də, kliplər də çəkilməkdədi. Ancaq müəlliflərin«Arazbarı» musiqi poeması adlandırdıqları bu film mənə görə (elə Bəxtiyar Qaracada bu fikirdədi – Ə.M.) film-kompazisiyadı. Çünki burda konkret bir məqam yoxdu,burda hər şey var. Musiqi fraqmentləri də, filmə aid ola biləcək personajlar da,şeir də, duet də, tanıdığımız qəhrəmanın inanc yerimiz olan Şəhdilər Xiyabanınıziyarət etməsi də. Üstəlik, burda Suqovuşanadlı məkan da var. Düşünürəm ki, yaradıcıkollektivin həmin məkanı seçməsi də əlavə bir işarədi, qələbəyə əlavə bir qığılcımdı.Axı, orda Araz qovuşur. Deməli, biz elə filmin sonunda göstərildiyi kimi mütləqparalanmış məmləkətin bütövlüyünü görəcəyik. Biz öldürülmüş torpaqlarımızı çiynimizdətabut kimi yox, əllərimizin üstündə millətimizə, bütövlüyümzə qaytarıb qovuşduracağıq!..

Hə, nə vaxtdan bəri yazabilmədiyim və təqdimatından istədiyim havayla ayrılmadığım filmlə bağlı düşüncələrimibacardığım tərzdə bilgisayara diktə etdim. Elə burdacavurğulayım ki, söylədiyim bilgisayara yazan xanımın çöhrəsindən və yazmaq həvəsindənhiss etdim ki, deyəsən bu yazı alınıb. Ona görə də burda nöqtə qoyuram. Amma bufilmə mütləq qayıdacağıq.

TƏQVİM / ARXİV