SƏNƏ GÜVƏNMƏK OLARMI?..

ƏBÜLFƏT MƏDƏTOĞLU
52200 | 2016-06-03 14:14

Həyat insanı hər günsınamaqdan sanki ləzzət alır. Elə bil ki, ayaqda olduğun bütün müddət ərzindəancaq imtahan verməlisən, ancaq sınanmalısan, hətta yuxuda da. Ona görə ki,yuxudada beyin yatmır. Yarı yuxulu, yarıoyaq vəziyyətdə sabahı, sabahın işini, sabahın yaşamını düşünür, çək-çevirdəolur. Az qala yuxu sarıdan bir qəribəliyə, lap kobud ifadə etsəm, dovşanlaşmayadoğru gedirik. Axı, dovşan gözləri açıq vəziyyətdə yatır. Biz isə gözümüzüyumsaq da, beynimiz, düşüncəmiz gözüaçıq vəziyyətdə olur. Deməli, hardasa biryaxınlaşma, hardasa bir üst-üstə düşmə alır başımızın üstünü. Allah sonumuzuxeyrə calasın. Bu  buludu yağış hesab eləmirəm,bu başqa bir buluddu…

Deməli, arxada qalan həftəboyu müəyyən qeydlər aparıram, bir növü monitorinq kimi. Mövzu da güvən idi. Yəniindiki durumda, indiki iqtisadi üzmə meydanında kiməsə söykənmək, kiminsə ətəyindən,kiminsə əlindən tutmuq mümkündürmü? Bax, bu sual ətrafında gəzişmələr etdim,sözarası və yaxud birbaşa fikirlər öyrəndim və sonda bu qərara gəldim ki,«dünyanın malı dünyada qalır» deyənlər hardasa yanılıblar. Çünki dünyanınmalına o qədər sahib çıxan var ki, indi həmin o dünyanın malı pay-pürüş olub səpələnibhər tərəfə. Kimi çömçəylə, kimi ləyən-qazanla, kimi də çəngəllə yır-yığış etməkləməşğuldur. Amma əliyalın vəziyyətdə bu mənzərəni seyr edənlər də az deyil.Onları başa düşürəm. Seyrçi mövqeləri bir neçə səbəblə bağlıdır. Birincisi,onlarda tamah dişi deyilən hər nədisə, o, yoxdur. İkincisi,onlarda abır-həya hələ erroziyaya uğramayıb. Üçüncüsü, onlar fiziki cəhətdən zəifdilər,mübarizə apara bilmirlər. Əllərini həmin o dünya malına toxundurmağa gücləriçatmır.

Bəli, bu üç qrupuntalanan dünya malı üçün hansı hisslər keçirdiyini və bu talana hansı qiymətverdiyini təxmin etmək də olar. Amma mən bu fikirdən yan keçirəm. Çünki yanılabilərəm. Ən azından hər kəsin ölçü vahidinə, baxış bucağına görə. O ki, qaldı mənimözümə, bax, elə indiki anda, bu dəqiqə mən sürünməyə yox, mövcud olmağa yox,sadəcə, yaşamağa imkan verən hər bir işin qulpundan tutmağa hazıram. Təkcəyaşamaq, yemək üçün yox ha, sadəcə yaşamaq və ailədəkiləri yaşatmaq imkanı verənbir iş!..

Hərdən bu mövzu dostlararasında da qabardılır və mənə irad tutanlar da olur. Vurğulayırlar ki,vaxtında özünə ağıllı-başlı bir iş qura bilmədin, sözün ətəyindən yapışdın. Sözdə ki, həmişə hörmətdə olmur, matah sayılmır. Və deməli, əhəmiyyəti, mənası,tutumu nə qədər önəmli olur-olsun, neçə əsr yaşayır yaşasın, fərqi yoxdur, fərqetmir. Buna misal Füzuli sözünü göstərmək olar? O boyda şair sonda «axca»umuduna qalır və…

Hə, indi bax, mən dəfikirləşirəm ki, umuduna qaldığım sözün görəsən bir qara qəpik dəyəri varmı vəyaxud dəyəri olacaqmı? Gülməli sualdı hə?! Amma… Amma həm də düşünüb ağlamalısualdı. Nə edəsən ki, bu, gerçəklikdi, bu, günün reallığıdı. Həmin reallıqdançıxış yenə elə  sözün özündədi. Mən dəömrümü, həyatımı, işimi-gücümü, həyatımı həsr etdiyim sözün kölgəsində qalmaqistəmirəm. Ona görə də üz tuturam yenə sözə.

Yuxu olub xoş günüm…

Ötüb gedir boş günüm.

Hər həftədə beş günüm -

Boşa çıxır!

 

Hər xeyirdə, şərdə əl

İş çözür hər yerdə əl!..

Uzadıram dərdə əl -

Boşa çıxır!

 

Umduğum dağ qarı da

İlğım olur – tarı da…

Harda qazsam yarıda -

Daşa çıxır!..

 

*** 

İstənilən adam istənilənyerdə və istənilən vaxtda özünü qayğısız, asudə, rahat saymaq istəyər. Amma istəkaxı hər şey deyil. İstəyin bir damarında arzu, var, xəyal var. Tutaq ki, mən buyazını diktə etdiyim məqamda istəyirəmki, Tuğda olum. Və yaxud Göygöldə Maralgölə tamaşa edim. Lap elə Bakının ənsayılıb seçilən, axarlı-baxarlı guşələrinin birində buğlanan samovarın dibində oturubkönül dostumla, ürək verib, ürək aldığıminsanla söhbət edim. Gəlin görək bu istəyi gerçəkləşdirmək üçün nələrdən keçməklazımdır? Kimsə deyə bilər ki, bu nə böyük istəkdi ki? Oturursan maşına, çıxıbgedirsən. Amma bunu deyən öz iqtisadi durumundan çıxış edir. Həmin istəklə xəyalquranın arzularına qanad verənin durumuyla düşünmür. Əgər düşünsə, onda xəzinədəntoz qopduğunu anlayar və o sualı da dilə gətirməz. Bir də ki, yeri gəlmişkən,elə bu məqamda da deyiblər ki, «toxun acdan xəbəri olmaz». Necə ki, həqiqətənyoxdur!..

Yaşıma, başıma görə bu həyatlakifayət qədər üz-üzə gəlmişəm və hərqarşılaşmada da dediyim o sınaqlar,imtahanlar, problemlər azalmaq əvəzinə daha da artıb, daha da çoxalıb, elə bil ki, bu dünyanın problem, qayğı istehsal edənzavodları, müəssisələri yağışdan sonra çıxan göbələklər kimi durmadan artır.Könül xoşluğu, rahatlıq, sevinc istehsal etməli olan müəssisələr isə məmləkətimizdəkiiş yerləri kimi bir ucdan bağlanır. Amma… Amma ümid yaşayır. Və elə bu yaşayanümid də ayaq üstdə qalmağımıza, sınmamağımıza sonuncu nəfəs kimi yardım edir.Biz də dözümlü xalqın dözümlü övladları olmaqla, bu dözümü bir az dacilalayırıq, bir az da günümüzə, həyat tərzimizə, yaşamımıza uyğunlaşdırırıq.Sanki həmin o sadaladığım məqamlar boyumuza biçilir, bizim əynimizə ölçülür. Buyerdə adamın dilinə bir söz gəlir. İstəyirsən deyəsən ki, dərzi sağ olsun!!!Axı köynək tikən, don biçən dərzidi. Özü də əynimizə "qutu kimi olan don!..

Hər günün, hər saatınhökmü var, deyirlər. Biz də həmino əynimizdəki donla günün, saatın hökmünə müntəzir oluruq. Çünki əvvəlixatırlatdığım, daha doğrusu, qabartdığım çalarlar hökmlərə tabe olmur. Nə qədərkağız üzərində yazılı göstərişlər verilsə də, ölü nöqtəyə işıq düşmür. Elə bilki, itmiş bir durumun içərisində çabalamalı, götür-qoy etməli olursan. Və ogötür-qoy etdiyin anın içində də niyə belə olduğunu düşünməkdən qurtula bilmirsən.Axı, hər şeyi görüb, hər şeyi duyub, anlayıb yenidən onu kimlərəsə təqdim etməktəkcə görünən dağa bələdçilik etməkdeyil. Həm də o bələdçinin özünün həmin o dağla necə üz-üzə dayandığını ifadəetməkdir. Məhz bu səbəbdən yenə üzümü sözə tuturam. Demək istəyirəm ki, görünənvə göstərilən, heç nəyi dəyişmir. Ənyaxşı halda içinə çəkilib içində danışmağa şərait yaradır. Mən də içiminpıçıltılarını sizə deyirəm.

 

Keçib gəldiyim yolun

Vərəqlədim sağ, solun…

Hər çiçəyin, hər kolun -

Gözündə şəkilin var!..

 

Qoşulduğum dəstənin

«Şikəstə»nin, «Kəsmə»nin…

Səslənən hər bəstənin -

Sözündə şəkilin var!..

 

Qapımı söz döyəndə

Dilim şeir deyəndə…

Məni sevməyənin də -

Özündə şəkilim var!..

 

*** 

Kimsə bu yazını oxuyub, elə bu nöqtəsinə gəlib çatanda bəlkə də məniqınadı. Düşündü ki, maddiyatı qabartmaq, onu önə keçirmək mənəvi kasadlıqdı. Mənəviyyatıaşınmağa vadar etməkdi. Mən həmin adamı da başa düşürəm. Onun niyə bu qənaətə gəldiyinidə anlayıram. Amma bir vaxtlar, daha doğrusu, 90-cı illərin əvvəllərindəyazdığım şeirlərin birində vurğulamışdım ki, şeir çörək deyil. Uşaq, ailə şeir,kitab, dəftər əvəzinə çörək gözləyir, çörək umur. Amma mən şeir yazıram.Ruhumu, iç dünyamı ovuduram. Elə özüm də ovunuram. Bəs, bu ovunma ailənin digərüzvlərinə nə verir? Ola bilsin ki, bu mənəvi rahatlıq onları sevindirsin. Ənazından bir qayğıları azalsın. Amma…

Dünyada gerçək olan hərşeyi qəbul etmək zənnimcə mütilik, asılı olmaq, boyun əymək demək deyil. Əksinə,həmin o görünənə tabe olmağın özündə də bir mədəniyyət var, bir əxlaq var, birdərk etmək var. Bu da o deməkdir ki, insan ağla qaranı tək bir rəng kimi yox, həmdə gerçəklik kimi seçir və dəyərləndirir.

Bax, bu əhvalımınqarışıq zamanında elə qarışıq bir formada yazdığım yazının özü də bir gerçəklikdir.Elə bir gerçəklik ki, mən bu yazını diktə edəndə nə varsa, necə varsa, necə görünürsə, elədə təqdim etməkdə qərarlıyam. Və düşünmürəm ki, bu yazının rəngi tünddür. Xeyr,əslində bu yazı elə yazıldığı rəngdədi. Ona hansı pəncərədən baxmaq isəoxucunun işidi. Və bir də gəlin etiraf edək ki, yaşımızın bu çağında nağıl dinləməkbizim üçün çox  gecdir. Biz uşaqlığımızı,həmin o uşaqlıq dünyamızı nağılların içində əritmişik. Sabaha, daha yaxşı, dahagözəl məqamlara xəyalən bağlana-bağlana. Elə ona görə də nağılların içindəqalmışıq. Alma gözləyə-gözləyə. Hətta mən bunu misralara da daşımışam vəyazımşam ki:

Yarımçıq qalan nağılın

Düşmədi alması göydən…

Gəlmədi uşaq ağlına -

Almanı salması göydən…

 

Dərdə əl çalma yanında

Qala ağlında, qanında…

Ümidin alma yanında -

Asılıb qalması göydən…

 

Könlümü verdiyim gülə

Xatırlatdım bilə-bilə…

Buludların mənə belə -

Sirrdi əl çalması göydən!..

 

Bəli, bu, bəlkə dəgünün yazısıdı, bəlkə də yox... Bu, bəlkə də heç yazı deyil. Eləcə özümün özümlədanışmağım, özümün özümü hər kəsdən, hamıdan ayırıb bir tərəfə çəkibaparmağımdı. Amma…

Amma yenə də «əmmalar»ayrılıb getməyə də imkan vermir. Çünki ayrılmaq, yanlarından getmək istədikləriminhamısı da elə mənim günümdədi. Onlar da mənim kimi öz-özləriylə danışırlar.Düşünməyin ki, mən də, onlar da dəli olmuşuq, havalanmışıq. Sadəcə olaraq,bütün bu yazılanların, yaşananların kökündə bir sual durur:

- Bu gün sənə güvənməkolarmı?!

 

P.S. Bilgisayaryazarımız dedi ki, indi heç kimə güvənmək olmaz, hətta sizə də!

 

Yaman deyib haa)))))))))

 

TƏQVİM / ARXİV