Əbülfət MƏDƏTOĞLU
Bu günlərdə Azərbaycan oxucusununşeir dünyasına əl boyda bir kitab daxil olub. Və tam səmimiyyətimlə deyim ki, bu kitabın üz qabığı dərhaldiqqəti çəkir. Yəni kitabın tərtibçisi, eləcədə ön sözünün müəllifi çox hörmətli naşir-publisist Vasif Quliyev peşəkarlığınıbir daha nümayiş etdirib:
- Kitabın üz qabığında Xarıbülbül, ikinci planda isə Cıdır düzündən boylanan bir mənzərə…
Bəli, bu tərtibat az-çoxduyğusu olan hər kəsi dərhal kitaba tərəf çəkir. Bir yurdsuz-yuvasız Qarabağ köçkünükimi mən də bu kitabdan yan keçə bilmədim. Çünki həyatımın, yaşadığım illərin, Qarabağlıgünlərimin canlı şahidi olan Xarı bülbülün yanından sakitcə ötüb keçmək ümkün deyil.Götürdüm kitabı əlimə və ilk səhifəsindən sonuncu səhifəsinə qədər az qala birnəfəsəoxudum. Əslində burdakı şeirlərin bir çoxunu öncədən oxumuşdum. Amma toplu halındahamısınıbir yerdə ilk dəfə görürdüm və oxuduqca da kitabın çapınamaddi və mənəvi yardımgöstərmiş Şuşa rayon İcra Hakimiyyətininbaşçısı Bayram Səfərova ürəyimdə bir minnətdarlıqqanadlandı. Həmin minnətdarlıq hissini bir daha təkrar edirəm və vurğulayıram ki,son vaxtlar hörmətli Bayram müəllimin dəstəyi ilə Şuşayla, Qarabağla bağlı bir xeyli kitab işıq üzü görüb vəbu da təqdirəlayiqdir ki, həmin kitablarınəksəriyyətinin redaktoru Vüsalə Fətəliyeva, araya-ərsəyə gətirəni isə Vasif Quliyevdi.Bu insanlar təkcə vətəndaş, ziyalı kimi deyil, həm də bir Qarabağlı kimi doğma regionun hər daşı, hər abidəsi, hər incisiüçün can yandırır. Elə bu kitab da onlardan biridir.
Bəli, sizə təqdim etdiyimbu kitab bir məhəbbət çiçəyinin, yəni xarı bülbülün şəninə yazılmış şeirlərin toplusudur. Ön sözün müəllifi vurğulayıb ki, «… Əlinizdə tutduğunuzbu kitab Şuşa təbiətinin simvoluna, Şuşamızınxarı bülbülünə hörülmüş bir poeziya çələngidir.» Həqiqətən də bu belədir. Və bunu görmək üçün sadəcə kitabıoxumaq lazımdır. Öncə də Ağabəyim ağa Ağabacının.
Vətən bağı al-əlvandır,
Yox içində Xarı bülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı bülbül?!
Səhərin gülşən çağında,
Nə gəzirsən bağı, bülbül?!
Oxudun, ağlım apardın,
Oldun mənə yağı, bülbül!
Bu topluda xalq şairləriMirvarid Dilbazinin, Bəxtiyar Vahabzadənin, eləcə də Azərbaycanın bir çox söz adamlarınınşeirləri toplanıb. Həmin şeirlər içərisində Abbas Abdullanın:
Gəzib, gəzib yorulub,
Öz gülünü Şuşada.
Bülbül dönüb gül olub,
Bir yaz günü Şuşada.
Və yaxud Fəridə Hacıyevanın:
Xarı bülbül, elim, obam viranə,
Üzüm də yox şəninə söz söyləyim.
Görən harda baş qaldırdın, divanə,
Qərib canım köməksizdi, neyləyim.
Nüsrət Kəsəmənlinin:
Qarabağda bağım qaldı,
Neçə şirin çağım qaldı.
Sinəm üstə bağım qaldı,
Necə çalım tarım, bülbül?
Qırov qara telə düşüb,
Sona özgə gölə düşüb.
Bəxtimizə belə düşüb,
Mənlə burda qarı, bülbül.
Eləcə də digər şairlərimizin misraları vətən bağında yolumuzu gözləyənxarı bülbülün təkcə gözəlliyini, sədaqətini deyil, həm də onun bizim üçün bir simvololduğunu ifadə edir.
"Məhəbbət çiçəyi” almanaxında yer alan şeirlər arasında bu yazının müəllifinində payı var. Həmin şeirlərin birində vurğulanırki:
Mənə doğma, sənə tanış,
Şuşa adlı dərddən danış…
Qələbəsiz yoxdur barış!
Ərit buzu, qarı, bülbül,
Xarı bülbül, Xarı bülbül!
Və yaxud:
Bir yaralı sinənin
«Ah»ına bax, «ah»ına.
Bütün dünya batıbdı,
Bir gülün günahına!..
Hörmətli oxucular! Birnəfəsə, isti-isti barəsində ürək sözlərimi yazdığım bu almanaxı oxumağa tələsin.Onda siz Xarı bülbülü bir az da yaxından tanıyıb, bir az da çox sevəcəksiniz.