Uşaqların internet təhlükəsizliyini necə təmin etməli?
Yüksək texnologiyaların sürətli inkişafı nəticəsində internet uşaqdan böyüyə qədər hər bir kəsin həyatının ayrılmaz hissəsinə çevrilib. Bu gün ən azı böyüklər qədər uşaqlar da, virtual məkandan özlərini ifadə vasitəsi kimi istifadə edirlər.
İnternet uşaqlara informasiyaya çıxış, ifadə azadlığı və ictimai müzakirələrdə iştirak etmək hüququ verir. Mütəxəssislər hesab edir ki, internetin dəyəri onun açıq və əlçatanlığındadır, amma məhz bu xüsusiyyətlər uşaqlar üçün böyük təhlükə doğurur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat verir ki, Birləşmiş Millətlər Təşkilatının ekspertləri uşaqlara internetdə təhlükəsiz davranış qaydalarını öyrətməyi və virtual məkanda onlara qarşı zorakılığa görə cinayət cəzası nəzərdə tutan qanunların qəbulunu təklif edirlər.
Bəs belə olan halda, həm tədris prosesi, həm də azad və müstəqil saatlarda internet qarşısında vaxt keçirən uşaqlar ondan necə istifadə etməlidirlər?
"Uşaqların beynəlxalq müdafiəsi günü"də məsələnin aktuallığını nəzərə alaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi valideynlərə internetdən düzgün istifadə qaydaları ilə bağlı müvafiq tövsiyələrini təqdim edir.
Beləliklə: