adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

BAYRAM BAYRAMA QARIŞANDA...

ƏBÜLFƏT MƏDƏTOĞLU
47723 | 2016-06-01 15:11

Təqvimin günləri o zaman maraqlı olur ki, o gün yaşanır, o gün tarixəçevrilir,  həm də o günü xatırladıqca özünüdə, çevrəni də və o günü sənə bəxş eləyənləri də unutmursan. Bax, bu mənada məmləkətinmöhtəşəm tarixlərindən biri də 28 Maydı. Əslində elə ən möhtəşəm tariximizdi bu.Elə biz həmin gün bir dövlət olaraq mövcudluğumuzu bəyan etmişik. Bunu təkrar etməkhəm vacib, həm də xoşdu. Amma burda bir məqam da var. Bu da həmin günü təkcə tarixsəhifəsi kimi yox, həm də yaşanan, musiqiylə, sözlə, nəğməylə cilalanan bir günkimi qeyd etmək daha xoşdu. Elə mən də bu tarixə təkrar ona görə üz tuturam ki,may ayının 28-də həmin o dediyim xoş ovqatı çoxlarıyla birlikdə yaşaya  bildim. Bu yaşamı isə mənə Şuşa rayon Xəlifəlikənd Uşaq Musiqi Məktəbinin kollektivi bağışladı.

Bəli, həmişə olduğu kimi, bu ilin yekun konsertində də Xəlifəli kənd UşaqMusiqi Məktəbinin kollektivi gözəl bir proqram hazırlamışdı. Bu proqram əslindəhəm də Respublika gününün adına bağışlanmışdı. Ona görə də daha maraqlı, daha əlamətdaridi. Tədbiri öncə  Şuşa rayon İcra Hakimiyyətibaşçısının müavini Vüsalə xanım Fətəliyeva şərəfləndirdi. O, rayonun və Qarabağicmasının rəhbəri, icra başçısı Bayram Səfərovun adından tədbir iştirakçılarınıbu əlamətdar gün münasibəti ilə ürəkdən təbrik etdi. İştirakçılara Bayram müəllimin  ən xoş arzularını, təbriklərini çatdırdı və sözarasıvurğuladı ki, Şuşanın musiqi məktəbləri arasında xüsusi yeri və çəkisi olan Xəlfəlikənd Uşaq Musiqi Məktəbi həmişə özünün fəallığı, yaxşı nümunələri və hazırlıq potensialıilə fərqlənib. Bu kollektivin uğurları, bu kollektivdə yetişən musiqiçilərin nailiyyətlərihəmişə rayona baş ucalığı gətirib. Sonra tədbiri idarə edən aparıcı məhz bayramovqatlı «Odlar ölkəsi» musiqisinin ifasını təqdim etdi. Böyük Fikrət Əmirova aidolan bu musiqi məktəbin xor kollektivi tərəfindən çox ustalıqla, həm də nizamlışəkildə ifa olundu. Burada konsertmeyster Rəna xanım Novruzbəylinin peşəkarlığını,məharətini qeyd etməmək mümkün deyil. Bu xanım həmin musiqini həm müəllifin, həmdə Respublika gününün adına layiq bir şəkildə idarə etdi.

Bir-birini səhnədə əvəz edən musiqi məktəbinin şagirdləri öz ifaları ilətamaşaçıları, onları izləyən valideynləri, qonaqları heyran etmişdilər. Bu musiqili dəqiqələrdə zalda bir Şuşa havası yaranmışdı.Hər kəs özünü Qarabağda, Şuşada hiss edirdi. Çünki ifanın, onu idarə edənlərin duyğuları,hissləri Şuşa notları üzərində köklənmişdi. İstər müəllimlər, istər şagirdlər özlərininbütün müsbət cəhətlərini, qabiliyyətlərinivəən vacibi il ərzində qazandıqları bilgilərinümayişetdirməyə çalışırdılar. Sanki bir musiqi yarışması zalda hakim idi. İfaçılar arasındaHicran xanım İsayevanın 5-ci sinif şagirdi Humay Nəbiyevanın «Yaşıl yarpaq» sonatasınaverdiyi nəfəs xüsusilə hamını heyrətə gətirdi. Nuranə Sərdarovanın bu sonatasınıaz qala əl boyda olan Humay Nəbiyeva elə ifa etdi ki, onu alqışlamamaq, onun barmaqlarınaheyran qalmamaq mümkün deyildi. Bu qızcığaz əslində həmin sonatanı hər kəsə yaşatdı.

Böyük uğurla keçən yekunkonsertində İsmayıl Xudiyevin ifa etdiyi xalq mahnıları, xüsusilə «Sarı gəlin» və«Qarabağ şikəstəsi» bizi öz ağuşuna  almışdı.Bu məktəbli oğlanın səsi də, ifası da, səhnə mədəniyyəti də bizi heyrətləndirmişdi.Elə ona görə də Rayon İcra Hakimiyyəti başçısınınmüavinikonsertlə bağlı yekun çıxışında İsmayılın yaxın günlərdə daha möhtəşəm bir tədbirdəiştirak edəcəyini vurğuladı. Bildirdi ki, bugünkü çıxışıyla İsmayıl həmin haqqıqazandı.

Bəli, böyük uğurla başaçatan yekun konsertində Şuşa rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Zahid Abbasov və eləcə də digər qonaqlaryüksək səviyyədə keçən bu konsertlə bağlı ürək sözlərini, təkliflərini, arzularınıdilə gətirməkdə tərəddüd  etmədilər.Hər kəs məktəbin direktoru Salman Ağalarovu, eləcə də müəllim kollektivini çox böyüksevgiylə təbrik edərək,onlara yeni uğurlar dilədi.Bütün səslənən fikirlərin mərkəzində təbii ki, məktəbin pedaqoji  kollektivi, onun rəhbəri dayanırdı. Çünki bu şəraiti məhz onlar yaratmışdı. Elə  şagirdlərlə birlikdə onlara da bu bayram günündəuğur diləmək, xoş arzular çatdırmaq həm ədalətli, həm də zəruri bir yanaşma idi.Mən də bir tamaşaçı, bir dinləyici kimi 28 May günü Xəlfəli kənd Uşaq Musiqi Məktəbininkollektivinin yekun konsertində iştirak etdiyimə görə çox məmnunam.

 

 

 

 

TƏQVİM / ARXİV