adalet.az header logo
  • Bakı 19°C
31 May 2016 17:55
4563
MƏMLƏKƏT
A- A+

13 yaşlı oğlan və 4 yaşlı qız əcnəbilərə övladlığa verilib

2016-cı ildə Azərbaycanda əcnəbilər tərəfindən 2 övladlığa götürmə faktı qeydə alınıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin sektor müdiri Seymur Məmmədov məlumat verib. 

 

O bildirib ki, uşaqlar azərbaycanlı xanımlarla ailə quran Böyük Britaniya və Türkiyə vətəndaşlarına övladlığa verilib.

 

S. Məmmədov qeyd edib ki, əcnəbilərə övladlığa verilən uşaqlardan biri 13 yaşlı oğlan, digəri isə 4 yaşlı qız uşağıdır.