adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
31 May 2016 17:38
4909
MƏMLƏKƏT
A- A+

Bu gecə Bakının iki mərkəzi küçəsi bağlanacaq

Rənglənmə işləri ilə əlaqədar iki küçədə hərəkət məhdudlaşdırılır.

 

"Azəravtoyol” ASC-dən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin ( zolaqların ) yenidən rənglənməsi işləri davam etdirilir.

 

Bu çərçivədə axşam saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində rənglənmə işləri aparılacaq. Səhər saatlarınadək davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət tam məhdudlaşdırılacaq.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.