adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
31 May 2016 17:00
6718
İDMAN
A- A+

Klublarımızın Avropa Liqasındakı bütün potensial rəqibləri

2016/2017 mövsümündə ölkəmizi Avropa Liqasında təmsil edəcək klublarımızın bütün potensial rəqibləri müəyyənləşib.

Qol.Az-aməlumatına görə, təmsilçilərimizdən hər üçü - "Qəbələ",  "Neftçi" və "Kəpəz” mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. 

"Neftçi” və "Qəbələ” səpələnmişlər səbətində yer alacaq ki, bu da komandalarımızın nisbətən asan rəqiblərlə düşəcəyi deməkdir. 16 ildən sonra Avropa Liqasına vəsiqə qazanan "Kəpəz” isə səpələnməmişlər səbətində qərarlaşacaq. Buna görə də püşk Şahin Diniyevin komandasını çətin rəqiblərlə üz-üzə qoyacaq.

İyunun 20-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada 98 komanda iştirak edəcək.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyunun 30-da, cavab qarşılaşmaları  iyulun 7-də keçiriləcək.


Səpələnmişlər: "Makkabi” (Təl-Əviv, İsrail), "Midtyulland” (Danimarka), HİK (Finlandiya), "Dinamo” (Minsk, Belarus), "Omoniya” (Kipr), "Neftçi” (Azərbaycan), AEK (Kipr), AİK (İsveç), "Slovan” (Slovakiya), "Videoton” (Macarıstan), "Aktobe” (Qazaxıstan), "Voyvodina” (Serbiya), "Şaxtyor” (Belarus), "Spartak” (Slovakiya), "Brondbü” (Danimarka),  "Höteborq” (İsveç), "Debretsen” (Macarıstan), "Harts” (Şotlandiya), "Ventspils” (Latviya), "Admira” (Avstriya), "Lokomotiv” (Xorvatiya), "Reykyavik” (İslandiya), "Dila” (Gürcüstan), "Aberdin” (Şotlandiya),  "Odd” (Norveç), "Qəbələ” (Azərbaycan), "Rabotniçki” (Makedoniya), "Vaduz” (Lixtenşteyn), "Kayrat” (Qazaxıstan), "Differdanj” (Lüksemburq), "Şemrok Rovers”, "Sent Patriks” (hər ikisi İrlandiya), "Zaqlebiye”, "Krakoviya” (hər ikisi Polşa), "Linfild” (Şimali İrlandiya), "Daçiya” (Moldova), "Beytar” (İsrail), "Stabek” (Norveç), "Kukesi” (Albaniya), "Çukariçki” (Serbiya), "Levadiya”, "Nomme Kalyu” (hər ikisi Estoniya), "Pünik” (Ermənistan), "Zimbru” (Moldova), "Breydablik” (İslandiya), "Şiroki Briyeq” (Bosniya və Herseqovina), "Beroe” (Bolqarıstan), "Domjale” (Sloveniya), 


Səpələnməmişlər: "Ordabaşı” (Qazaxıstan), "Fola” (Lüksemburq), "Kliftonvill” (Şimali İrlandiya), "Rudar” (Monteneqro), "Torshavn” (Farer adaları), Qoritsa” (Sloveniya), "Çixura” (Gürcüstan), "Şirak” (Ermənistan), "Buduçnost” (Monteneqro), "Kəpəz” (Azərbaycan), "Birkirkara” (Malta), "Şkendiya” (Makedoniya), "Vikinqur” (Farer adaları), "Slaviya” (Bolqarıstan), MTK (Macarıstan), "Hiberniians” (Malta), "Spartak” (Slovakiya), "Suduva” (Litva), "Jeness”, (Lüksemburq), "Rovaniemi” (Finlandiya), "Yelqava” (Latviya), "Teuta” (Albaniya), "Zarya” (Moldova), "Valyur” (İslandiya), "Mariehamn” (Finlandiya), "Lusitanos” (Andorra), "Atlantas” (Litva), "Samtredia” (Gürcüstan), "Spartak" (Latviya), "Partizani” (Albaniya), "Banants” (Ermənistan), "Runavik” (Farer adaları), "Trakai” (Litva), "Sloboda”, "Radnik” (hər ikisi Bosniya və Herseqovina), "Qlenavon” (Şimali İrlandiya), "Kork Siti” (İrlandiya), "Fiorita” (San Marino), "Bala Taun” (Uels), "Sileks” (Makedoniya), "Santa Koloma” (Andorra), "Bokelj”,  (Monteneqro), "Baltsan” (Malta), "İnfonet” (Estoniya), "Folqor” (San-Marino), "Europa” (Cəbəllütariq), "Landudno”, "Konna Kvey” (hər ikisi Uels), "Priştina” (Kosovo)