adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 May 2016 16:00
14153
MƏDƏNİYYƏT
A- A+

İranda yaşayan azərbaycanlılar öz dillərində təhsil ala biləcəklər

İran prezidenti Həsən Ruhani ölkə ərazisində yaşayan milli azlıqların doğma dildə təhsil alma hüququnu təsdiqlədi.

Adalet.az xəbər verir ki, bu barədə Trend İranın IRINN telekanalına istinadən məlumat yayıb.

Məlumata görə, İranın şimali-qərbində Mahabad şəhəri sakinləri qarşısında çıxış edərkənRuhani bəyan edib ki, ölkə ərazisində yaşayan milli azlıqların nümayəndələrinin öz doğma dilini öyrənmə imkanı olmalıdır.

Onunsözlərinə görə, İran administrasiyası Təhsil Nazirliyi ilə İran konstitusiyasının 15 maddəsinin tətbiqini müzakirə edirlər.

15-ci maddədə deyilir ki, "(İranın) rəsmi dili... fars dilidir... amma ölkədə regional və tayfa dillərinin mətbuatda və kütləvi informasiya vasitələrində, eləcə də məktəbdə ədəbiyyatın tədrisində istifadəsi mümkündür və bu dillər fars dilinə əlavə kimi qəbul edilir”.

Prezidentin sözlərinə görə, Təbrizdə (Şərqi Azərbaycan vilayətinin paytaxtı), Ərdəbildə və Kürdistan vilayətində milli azlıqların dil mərkəzləri yaradılıb.