adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 May 2016 15:32
6578
İDMAN
A- A+

AFFA-dan Reynaldo və Ramosa cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Adalet.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İntizam Komitəsi Azərbaycan kubokunun finalında keçirilən "Qarabağ” – "Neftçi” oyunu ilə bağlı müvafiq qərarlar qəbul edib.

Oyunun 120-ci dəqiqəsində "Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Oyunun 120-ci dəqiqəsində "Neftçi” klubunun futbolçusu Erik Ramos kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oyunun 120+1-ci dəqiqəsində "Qarabağ” klubunun  futbolçusu Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.