adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 May 2016 15:18
7949
ƏDƏBİYYAT
A- A+

Nüfuzlu ədəbi mükafatı rus jurnalist aldı

Nüfuzlu George Orwell Kitab Mükafatını bu il rus əsilli Britaniya jurnalisti Arkadi Ostrovski qazanıb. Adalet.az xəbər verir ki, o, bu mükafata "Rusiyanın kəşfi"  kitabına görə əldə edib. Müəllif kitabında Rusiyanın 1985-ci ildən bugünədək keçdiyi yoldan danışır, Rusiyanın yeni milli hekayətinin yaradılmasında mediyanın rolundan bəhs edir. Ostrovskinin əsəri orijinal tədqiqatla müsahibə janrının bədii-sənədli qarışığı hesab olunur. 

Mükafat artıq Orwelin oğlu Richard Blair tərəfindən Ostrovskiyə təqdim edilib.

Qeyd edək ki, Ostrovski 15 il "Financial Times" və "The Economist" qəzetlərinin Moskva müxbiri olub. 

O, həm də Kembric Universitetinin ingilis dili üzrə fəlsəfə doktorudur.