adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 May 2016 14:36
3276
HADİSƏ
A- A+

Canavarla kəndə hücum etdi

İsmayıllı rayonunda canavarlar mal-qaraya hücum edib.

Adalet.az APA-ya istinadən xəbər verir ki, rayonun Qalıncaq kənd sakini, 1953-cü il təvəllüdlü Məmmədov Sahib Murad oğlu ötən gün axşam saatlarında kənd sakinləri Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyunları örüşdən gətirərkən 4 canavarın hücumuna məruz qalıb.

S. Məmmədov canavarları qovmaq istəyərkən əl, qol, cənə və boğazından ağır xəsarətlər alıb.

Canavarlar 6 baş qoyunu öldürüb, mal-qaraya isə xəsarətlər yetirib.

Sahib Məmmədov İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilərək cərrahiyyə əməliyyatı olunub, mal-qaraya isə yerli baytar həkimlər tibbi yardım göstəriblər.