adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Aprel 2016 14:27
20398
MƏMLƏKƏT
A- A+

24 kadra sığmayan həqiqət

Yeni düşüncələr yeni cığırlar açır. Hər kəs öyrənir, hər kəs özünə və kənardakılara öyrədir. Səmimi və içdən gələn ifadələr insanın daxilindəki yenilik axtarmaq və yeni fikir emal etmək istəyindən doğur. Düşüncələri paylaşmağın üstünlüyü odur ki, həvəslə ortaya atılan mövzu maraqla qarışlanmaya bilməz. Hər halda insanı anlayan yeganə birlik cəmiyyətdir.

Amma təəssüf ki, müxtəlif dövrlərdən hazırkı mərhələyə qədər "Cəmiyyət daxilində yerləşən kiçik insan toplumu" bu vergidən mənfi yönlərdə istifadə ediblər.

25-ci kadr kimi bizə lüzumsuz görünən, əslində isə çox şeyi ifadə edən bir teorem ortaya qoyuldu. Bu teoremin mənası nədir? o hansı çalarları ifadə edir və ən əsası yuxarıda qeyd etdiyim kimi, onun mənfi yöndə təsiri və yaxud təsir dairəsi hansı platformada dayanır?

"Şəkil həqiqətdir, kino isə saniyəsi 24 kadra bərabər olan həqiqətdir”

Bunu Jan lük Kadar deyib.

Bizim gündəlik həyatda gördüyümüz, toxunduğumuz, duyduğumuz, inandığımız və bildiklərimizi istənilən an rədd edə və ya qəbul edə bilərik. Lakin elə bir şeylər var ki, biz onları nə görür, nə də hiss edirik. Onlar sadəcə bizim şüuraltı məkanımıza daxil olur. Beləliklə həmin nəsnələri rədd etmək və ya qəbul etmək, ümumiyyətlə onlarla bağlı hər hansı qərarlar vermək imkanımız məhduddur. İnsan onun şüuraltına təmas edən 25-ci kadr elementlərinin təsirində olur və sözügedən nəsnələr insanı nələrisə etməyə vadar edir. İllərdir 25-ci kadr təqlidləri bir çox film və cizgi filmlərində yerləşdirilib.

25 kadrın əsas funksiyası da mesajı şüuraltına göndərmək olduğu üçün artıq dünya kinosu sənayesində demək olar ki, bu texnikanı istifadə etməyən yoxdur. Yəni sizlər evlərinizdə rahat oturub hər hansı bir televiziya kanalındakı bir serial və ya film, ya da bir sənədli filmi izləyərkən eyni zamanda 25-ci kadrların şüuraltımıza göndərilən mesajlarla və təlqinlərlə hücumlara məruz qalırıq.

Göz bunları görmür (və ya qulaq eşitmir) amma saniyənin 3 mində biri kimi bir zaman aralığında bu görünüş şüuraltına çatır. Bu gizli mesajlar sayəsində, reklamı, serialı, filmi, ya da hər hansı bir görüntü hazırlayan mütəxəssis (prodüser / rejissor) öz məqsədinə, niyyətinə və ideologiyasına görə vermək istədiyi mesajı "25-ci kadr”larla şüuraltına göndərməyə nail olur.

Məqsəd nədir?

Bu sualın cavabını axtararkən birbaşa illüminatlıq termini önə çıxır. Kadrın müxtəlif yolları da məlumdur ki, buna "Subliminal mesaj” da deyilir. Bu virus insan beyninə video, yazı, şəkil və musiqilər vasitəsi ilə daha çox rəqəmsal səs fayllarına yerləşdirilən eşidilə biləcək metodlarla, filmlərdə və televerilişlərdə ani şəkildə parıltılı və ya "gəlib-getmə” şəklində təqlid olunan 25-ci kadrlarla və ən çox istifadə edilən üsullardan biri olan reklam və afişalardakı görüntülərin daxilində yerləşdirilən bənzətmələrlə ötürülür.

Göstərilən bu variantların izahını tarixdə baş vermiş vacib bir hadisə ilə göstərmək labüddür. Təəccüblənəcəksiniz, amma illər əvvəl ABŞ İraq "işğal” etmək üçün məhz bu 25-ci kadr subliminal mesajlardan istifadə edib. Hələ ABŞ ordusu İraqda qırğınlar törətməmişdən əvvəl, İraq radiolarında Quran yayımının altında, çox aşağı bir tezlikdə eşidilməyən (lakin beynin qəbul edə bildiyi) və İraqlıların şüuraltına göndərilən: "Müqavimət göstərmək faydasız" kimi mesajlar verilmiş və bir ölkə bu şəkildə şüuraltı mesajlar ilə işğal edilmişdir...

Dünyanın şər qüvvələri əsasən bu təqlidlərdən istifadə edərək sözügedən şəbəkələrin insanlar arasında cəmiyyətin bəlkə də məhvinə sürükləyən "sex”, ”Müharibə”, "faciə” və s. kimi qorxunc, ləyaqəti və insanlığı aşan metodları nümayiş etdirilər. Belə olan halda 25-ci elementinin əsas missiyasının gerçəkləşməsinə yol açılır. Tanınmış alımın Kinoşünasın dediyi kimi, saniyəsi 24 kadrı özündə cəmləyən filmlərdə gözümüzün önündü ani şəkildə peyda olub yoxa çıxan görüntülər 24 kadrı şüurumuzla idarə də bildiyimiz halda sonuncu kadrda bu bacarığımızdan məhrum halda qalırıq. Nəticədə illüminatlıq məqsədi daşıyan bəzi iyrənc və təhlükəli davranışların insanlar tərəfindən edilməsi sözügedən kadr təqlidinin şüurumuzda hakim kəsilməsi ilə izah olunur. Onu da qeyd edim ki, indiki zamanda yaşayan bütün insanlar demək olar ki, 25-ci kadr virusu ilə qarşılaşıblar. Deməli, çoxlarının önəm vermədiyi, heç maraqlanmadığı 25 kadr təqlidləri bir virus halında hər kəsin şüur altına həkk olunub. Sonraya qalan isə bizim iradəmiz və seçimlərimizdən asılıdır.

25-ci kadr ideyası necə yarandı?

Məramı "Subliminal mesajlar” göndərmək olan 25-ci kadr ilk dəfə 1900-cü ildə Amerikalı bir psixoloq Knight Dunlap tərəfindən tətbiq edilib. Tanınmış psixoloq bunu tamaşaçılara təqdim etdiyi illüziya tamaşasında iki "Gizli kölgə” metodundan istifadə edərək iki eyni ölçülü çubuğun izləyicilərin şüurunda fərqli şəkildə təzahür etməsinə nail olmuşdur.

1957-ci ildə psixoloq Jeyms Bayker həmkarları ilə birlikdə bu 25 kadrın arasına, nə isə filmə heç bir aidiyyəti olmayan bir kadr yerləşdirməyi qərara alırlar və nəticəsi inanılmaz olur. Bir qrup psixoloq və yazıçı mövzunun gündəmə gəldiyi ilk illərdə bu üsulun uydurma və əfsanə olduğunu və insanları təsir etməyəcəyini deyirdilər. Beyin dalğalarını ölçən texnologiyaların köməyi ilə gizli mesaj (subliminal mesaj) ehtiva edən reklama beyin daha fərqli və çox reaksiya verdiyi aşkar olunandan sonra bu üsulun təsiri sübut oldu.

Filmə baxanlar bütün filmi yaddan çıxarsalar da, bu bir kadrı beyinlərindən heç cür silə bilmirlər, özü də, nəinki silə bilmirlər, hətta özlərindən asılı olmadan istər-istəməz onun məzmunundakı komandanı icra etmək üçün özlərini ölümə belə atırlar. Bugünkü gündə metoddan müxtəlif video filmlər, peyk translyasiyaları və s. xətti ilə insanların beyninə lazımi ideologiyaları, baxışları, stimulları, motivləri və s. yerləşdirmək üçün geniş istifadə edilir.

İşin ən maraqlı tərəfi isə bu mövzunu gündəmə daşıyan, kitab və seminarlarının yox deyiləcək qədər az olmasıdır. Təəssüf ki, illərdir tətbiq olunan belə ciddi bir mövzu ölkəmizdə yeni araşdırılmağa başlanılıb.

Rüfət SOLTAN