adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
31 May 2016 12:53
2807
İQTİSADİYYAT
A- A+

Üç bank 40 milyon dollar aldı

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. dollar məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan verilən məlumata görə, bu vəsaitdən 40 mln. dolları 3 banka və 10 mln. dolları isə Azərbaycan Mərkəzi Bankına satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.