adalet.az header logo
  • Bakı 18°C
31 May 2016 12:39
2191
SİYASƏT
A- A+

Prezident səfirlə Qarabağ məsələsini müzakirə etdi

Azərbaycan prezidenti İlham ƏliyevBöyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Kroftsun etimadnaməsini qəbul edib.

Adalet.az xəbər verir ki, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.Sonra prezidentİlham Əliyevsəfirlə söhbət edib.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyinin geniş sahələri əhatə etdiyini deyən dövlət başçısı səfir K. Kroftsun diplomatik fəaliyyətinin bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir ölkəsinin Azərbaycanla 20 ildən artıqdır uğurlu əməkdaşlıq etdiyini vurğulayıb.

BP-nin ölkəmizə ən böyük sərmayə yatıran şirkət olduğunu qeyd edən səfir Böyük Britaniyanın Azərbaycan ilə əməkdaşlıq imkanlarından danışıb. Azərbaycanda olduğu müddətdə Bakı ilə yanaşı, respublikamızın müxtəlif bölgələri ilə də tanış olduğunu deyən K. Krofts xalqımızın qonaqpərvərliyinin və ölkəmizdəki fərqli gözəlliklərin onda dərin təəssürat yaratdığını, Bakının beynəlxalq bir şəhər kimi onu valeh etdiyini vurğulayıb.

Azərbaycanın müxtəlif bölgələri ilə tanışlığın ölkəmizi daha yaxından tanımaq üçün yaxşı fürsət yaratdığını deyən dövlət başçısı bu səfərlərin əhəmiyyətini qeyd edib. Prezidentİlham Əliyevsəfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb.