adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 May 2016 10:22
6861
DÜNYA
A- A+

Əfqanıstanda 29 terrorçu zərərsizləşdirilib

Əfqanıstanın şimalındakı Bağlan və cənubundakı Qəndəhar əyalətlərində quru və havadan keçirilən aniterror əməliyyatı nəticəsində 29 terrorçu zərərsizləşdirilib.

Bu haqda Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Bağlanın mərkəzi rayonunun ətrafında azı 18 silahlı, Qəndəharın Şahvəli Kot bölgəsində isə 11 terrorçu zərərsizləşdirilib. Bundan başqa, terrorçulara aid ərzaq saxlanılan yer, 4 daşıma vasitəsi, 5 motosiklet, bir ədəd "DSHK" tipli ağır pulemyot, bir ədəd "MK-19" avtomatik qumbaraatan məhv edilib.