adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 May 2016 22:19
7791
İDMAN
A- A+

Futbolçunu oğurladılar

Meksika yığma komandası və Yunanıstanın "Olimpiakos” klubunun futbolçusu Alan Pulido naməlum şəxslər tərəfindən oğurlanıb.

Adalet.az-ın  "Mediotiempo”-ya istinadən verdiyi məlumata görə, insident Meksikada, idmançının istirahət etdiyi Syudad-Viktoriya şəhərində qeydə alınıb.

Hüquq-mühafizə orqanları futbolçunun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır. Bildirilir ki, cinayətkarlar heç bir tələb irəli sürməyiblər.

Qeyd edək ki, son Dünya çempionatının iştirakçısı Alan Pulido 2015-ci ildən "Olimpiakos” klubunun şərəfini qoruyur.