adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 May 2016 23:24
9631
HADİSƏ
A- A+

Xızıda baş verən qəzada ölənlərin sayı 3 oldu - YENİLƏNİB

Xızıda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib.

Adalet.az xəbər verir ki, bu barədə APA-ya Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib.
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şəxs orada dünyasını dəyişib. Onun şəxsiyyəti müəyyənləşdirilir.

****

Xızının Xələfli kəndində baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalarcəlb olunub.

Məlumat verildiyi kimi,içərisində tələbələr olan "Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb.Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.

***

20:44

 Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Adalet.az APA-ya istinadən xəbər verir ki,  içərisində tələbələr olan "Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb.Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılır.

Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.