adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 May 2016 21:07
3518
HADİSƏ
A- A+

Zaqatalada canavarlar kəndə hücum çəkdi

Ötən gün səhər saatlarında Zaqatalanın Qandax kəndinə canavar hücumu olub.

Adalet.az xəbər verir ki, ev sahibi Əsgərov Akif Şəmsun oğlunun "Report"a verdiyi xəbərə görə, həyətindəki tövləyə daxil olan yırtıcılar, 42 baş qoyundan 18-ni parçalayıb, 9-na xəsarət yetiriblər.

Hadisə yerinə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları gəlib, dezinfeksiya işləri aparılıb. Tələf olan qoyunlar dərmanlanaraq basdırılıb.