adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 May 2016 15:47
3821
HADİSƏ
A- A+

Bakı-Qazax magistralı ətrafındakı yaşıllıqlarda yanğın olub

Bu gün saat 13:30 radələrində Bakı-Qazax magistralının 115-ci km-də, Hacıqabul rayonu ərazisində yol kənarında salınmış yaşıllıqlarda yanğın baş verib.


Adalet.az-ın məlumatına görə, yanğın 10 hektardan çox ot sahəsini və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən salınmış yolkənarı yaşıllıqların bir qismini, o cümlədən Bakı-Böyük Kəsik dəmir yolu xəttinin ətrafındakı sahəni əhatə edib.

 

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib və yanğın saat 15:30 radələrində söndürülüb.