adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 May 2016 11:50
3659
HADİSƏ
A- A+

Tərtərdə 4 ədəd partlamamış hərbi sursat aşkarlanıb

 Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 7 aprel - 28 may tarixlərində Füzuli, Ağcabədi və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.

 

ANAMA-dan verilən məlumata görə, Tərtər rayonunun Şıxarx kəndində 3 ev və həyətyanı sahədə 12 partlayış yerinə baxış keçirilib, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 22 000 kv.m ərazi yoxlanılıb.

 

Rayonun Qarağacı kəndində 1 ev və həyətyanı sahədə 1 partlayış yerində 1 ədəd 122 mm-lik mərmi aşkar olunub, ümumilikdə 200 kv.m ərazi yoxlanılıb. Cəmilli kəndində 1 ev və həyətyanı sahədə 3 partlayış yerində 2 ədəd qrad raketinin mühərrik hissəsi tapılıb, 4500 kv. m ərazi yoxlanılıb. Ümumilikdə Tərtər rayonunda 5 ev və həyətyanı sahəyə, 16 partlayış yerinə baxış keçirilib, 3 ədəd qrad raketinin mühərrik hissəsi və 1 ədəd 122 mm-lik mərmi aşkar olunub və 26700 kv.m ərazi təmizlənib.

 

Ağcabədi rayonunun Hacılar kəndində 3 əkin sahəsində, 1 orta məktəbin həyətində 4 partlayış yerinə baxış keçirilib, 26 000 kv.m ərazi yoxlanılıb. Füzuli,rayonunun Şükürbəyli kəndində 4 əkin sahəsində 4 partlayış yeri, ümumən 1740 kv. m ərazi yoxlanılıb.

 

Ümumilikdə,  28 may tarixində  5 ev və həyətyanı sahə, 7 əkin sahəsi, 1 orta məktəb ərazisində,  24 partlayış yerinə baxış keçirilib.  Baxış nəticəsində 4 ədəd partlamamış hərbi sursat (3 ədəd qrad raketinin mühərrik hissəsi və 1 ədəd 122 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 54 440  kv. m ərazi təmizlənib.  Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.