adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 May 2016 00:43
12669
KRİMİNAL
A- A+

“LUKoyl”un vitse-prezidentinin oğluna 15 sutka həbs verildi

Moskvanın Qaqarin rayon məhkəməsi "LUKoyl” neft şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarova avtoxuliqanlıq hərəkətləri etdiyinə görə 15 sutka həbs cəzası verib.


Məhkəmə Şamsuarovu polisin qanuni tələbinə əməl etməməkdə təqsirli bilərək, onun barəsində 15 sutka inzibati həbs qərarı qəbul edib.

 

Ruslan Şamsuarov barəsində başlanan cinayət işi prokuror tərəfindən rədd edilib.  

 

Qeyd edək ki, mayın 23-də Ruslan Şamsuarovun sahibi olduğu  "Mercedes G 63 AMG” markalı avtomobil yol hərəkəti qaydalarını ciddi pozaraq bir neçə saat ərzində yol polisindən qaçmağa çalışıb. Qabaq sərnişin oturacağında əyləşən Ruslan Şamsuarovu özü isə baş verənləri mobil telefonundakı əlavə vasitəsilə canlı yayımlayıb.