adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 May 2016 14:25
5818
MƏMLƏKƏT
A- A+

Erməni nazirlər hədələndi

Nazirliklər xərclərin azaldılması barədə göstərişlərimə əməl etməsələr, o zaman mən istefaların olacağını istisna etmirəm.

Bunu Ermənistanın baş naziri Ovik Abramyan deyib. 

"Biz müəyyən vaxt ərzində iqtisadi islahatlar keçirmişik. Əgər insanlar islahatların keçirilməsinə inanmırlarsa, biz onları inandırmalıyıq" - deyə Abramyan qeyd edib. 

Baş nazirin optimallaşdırma barədə göstərişlərini yerinə yetirməyən dövlət strukturlarında istefaların olması barədə xəbərlərə münasibət bildirən Abramyan qeyd edib: "Əgər onlar bunu edə bilməsələr, onda mən sizin təklifinizlə razıyam".