adalet.az header logo
  • Bakı 18°C
28 May 2016 09:17
6156
LAYİHƏ
A- A+

CANLI ŞAHİDİ ŞAMAXI

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Azərbaycanın regionları içərisində Şamaxının özünəməxsus yeri var. İstər tarixi baxımdan, istərsə də özünün bütün zamanlarda təkcə Azərbaycan coğrafiyasında deyil, eləcə də yaxın şərq coğrafiyasında oynadığı rola, tutduğu yerə görə Şamaxı həmişə həm tarixçilərin, həm səyyahların, həm də ədəbi düşüncə sahiblərinin diqqətini özünə çəkir. Xüsusilə insanlar üçün bir möcüzə sayılan göy cismlərinin öyrənilməsi, yəni astroloqlar bu bölgəyə həmişə insanların marağını istiqamətləndirə biliblər.
Təbii ki, zaman-zaman Şamaxı həm də öz qədimliyini saxlaya-saxlaya müasirləşibdi, yəniləşib, abadlaşıbdı. Bu işdə ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı regionların inkişafına dair dövlət proqmarının əhəmiyyəti, təsir danılmazdı. Hətta bütın bölgələrdə həmin proqramın regionlar üzrə, yəni yerli layihələri də hazırlanır. Elə həmin layihələrdən ibir də Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin rəhbərliyi altında Şamaxının bugünü və sabahı üçün işlənib hazfırlanıbdı. Rayon rəhbərliyinin və onun komanldasının hazırladığı həmin layihə Şamaxının iqtisadi-sosial mənzərəsini bütün detalları ilə özündə əks etdibirdi. Burada həm kənd təsərrüfatı, həm sənaye, həm də təhsil, eləcə də təhsil, mədəniyyət, sahələri də ayrıca bəndlərlə qeyd olunaraq inkişaf planının bazisi kimi göstərilir. Yəni Şamaxının sosial-iqtisadi planı ilə tanış olanda bu rayonda son illərdə həyat keçirilmiş və bu gün də davam etdirilən inkişaf mənzərəsini izləmək mümkündür.
Bugünlərdə Şamaxı rayonunda 2016-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr həsr olunmuş hesabat yığıncağı keçirilmişdi. Yığıncaqda çıxış edənlər cari ilin birinci rübündə rayonda həyata keçirilmiş işlərlə bağlı iştirakçılara geniş məlumat verdilər. Öncə son 3 ayda respublikamızda həyata keçirilmiş işlərin uğurlu tərəflərinə toxunan və Azərbaycan prezidenti cənab İlham Əliyevin ötən ilin yekunlarında Nazirlər Kabinetinin iclasında da ayrı-ayrı sahələrə diqqəti çəkməsi Şamaxı fəallarının təkrar diqqətinə təqdim olunmuşdu. Hər kəs respublikamızda istər aqrar, istər sənaye sahəsində əldə olunmuş uğurlardan bilgilənmiş, bununla paralel olaraq bütün ölkənin diqqət mərkəzində olan idman yarışları ilə əlaqəli görülən işlərdən də söz açılmışdı. Məhz rayon icra hakimiyyətinin başçısı öz çıxışında bir daha diqqətə təqdim etmişdi ki, Azərbaycanda keçirilən bu oyunları həm iqtisadi, xüsusi olaraq isə siyasi baxımdan Azərbaycanın nüfuzunun daha da artması, üstəlik dünyanın diqqətinin Azərbaycana yöünəlməsi deməkdi. Belə ki, bu idman yarışı həm də dünyanın iqtisadi marağını yönəldən iş adamlarının, biznes sahiblərinin, investorların Azərbaycana üz tutmasına, buradakı sabitlikdən yararlanaraq öz şəbəkələrini genişləndirməsinə imkan verəcəkdi. Deməli, məsələyə bu aspektdən yanaşanda onda ölkəmizin, o cümlədən də onun bir parçası olan Şamaxının iqtisadi durumu, sosial vəziyyəti bütün parametrlərlə elə inkişaf etdirilməlidir ki, hər bir investor burada onu biznesinə uyğun gələ biləcək məqamları görə bilsin.
Təbii ki, bu gün Şamaxıda həyata keçirilən təmir-bərpa, yenildənqurma, abadlıq və yeni iş yerlərinin açılması sahibkarlığa verilən meydanın bir az da genişləndirilməsi məhz həmin öncədən söylədiyimiz fikirlərin reallaşması üçün gərəkli olan şərhlərdən biridi. Elə ona görə də 2016-ci ilin I rubundə Şamaxı rayonunda 35,6 milyon manat həcmində ümumi məhsul istehsal olunmuşdu. Əgər ötən ilin eyni dövrü ilə cari ilin bəlli dövrünü müqayisə etsək. Onda görərik ki, Şamaxıda 1,6 milyon manatdan artıq ümumi məhsul istehsal edilmişdi ki, bu da faizlə ifadədə 4,8 faiz deməkdir. Üstəlik onu da xatırlatmaq yerinə düşər ki, bu ilin I rübündə rayonda sənaye məhsulunun istehsal həcmi də 1,5 milyon manat olmuşdu. Bu rəqəmi də ötən ilin eyni dövrü ilə müqayisə etsək onda görərərik ki, sənaye məhsulu istehsalında da 1,3 faiz artım qeydə alınıb. Bax, bunların özü sadəcə rəqəmlər yox, həm də həyata keçirilmiş uğurlu iqtisadi-sosial inkişafın nəticələridi.
Bəli, Şamaxıya yolu düşən hər kəs bu qədim şəhərin elə giriş qapısından başlayaraq yeniləşməni, təmir-tikintini dərhal müşahidə edə bilər. Demək olar ki, şəhərin təkcə mərkəzində deyil, hətta onun arxa planda olan küçələrində də abadlıq işləri uğurla davam etdirilir. Parkalar salınır, yaşıllıq, eləcə də şəhərin səkilərində, yollarında həm tamet düzülməsi, həm asfaltın salınması işlərinin keyfiyyəti, sürəti ürəkaçandı. Konkret rəqəmlərlə ifadə etsək, onda görərik ki, Şamaxıda son 3 aydı 374 nəfər daimi işlə təimn olunmuşdu. Bu isə 374 ailənin büdcəsinin sosial durumunun yaxşılaşması deməkdi. Ümumiyyətlə isə son 13 ildə Şamaxıda 12588 yeni iş yerləri açılmışdı ki, onun da 8815-i daimi iş yeri olmuşdu.
Bu gün Şamaxıda həyata keçirilən uğurlu inkişafın bir xəttini də kənd təsərrüfatı təşkil edir. Bu bir həqiqətldir ki, Şamaxı sovet dönəimndə özünün üzümçülük təsərrüfatları ilə həmişə diqqət mərkəzində olmuşdu. Sovet dönəminin son illərindən başlayaraq bu sahə unudulmağa, arxa plana keçməyə başladı. Ancaq son illər Şamaxı sahibkarları yenidən bu sahəyə üz tutub. Həm ölkə rəhbərliyinin dəstəyi, həm də günün reallığı Şamaxı sahibkarlarına Şamaxının yenidən Azərbaycanın iri üzümçülük təsərrüfatlarının olduğu bölgəyə çevirməyə başlayıbdı. Günün gerçək mənzərəsi göstərir ki, faktiki olaraq hazırda Şamaxıda təqribən 1628 hektar üzüm bağı salınıbdı. Bu isə "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət" Proqramının rayonda tam sürətlə gerçəkləşdiyini göstərir. Etiraf etmək lazımdır ki, yerli sahibkarlar, fermerlər üzümçülüyün necə gəlirli bir sahə olduğunu yaxşı bildiklərindən bu işə ürəklə girişirlər. Burada dövlət yardımının, yəni sahibkarlığın inkişqafına dövlət dəstəyi fondunun xidmətləri də qeyd olunmalıdır.
Bu gün Şamaxıda təhsil, səhiyyə, mədəniyyət sahələri də uğurla inkşaf etdirilir. Təkcə turizmə göstərilən diqqətin nəticəsidir ki, bu qədim məkana üz tutanların sayı günbəgün artır. Çünki burada gəlib görməli yerlər, məkanlar çoxdur. Aparılan abadlıq, göstərilən qayğı isə Şamaxını görmək istəyənlərin arzularına bir növü təkan verir.
Əbülfət MƏDƏTOĞLU