“Zerkalnı” nömrəli nağıl

ETİBAR CƏBRAYILOĞLU
57728 | 2016-05-28 14:30

Kimdeyir ki, nağıl ancaq uşaqlar üçün maraqlıdı? Bəs böyüklər, elə bilirsinizonlara nağıl lazım deyil? Dövlət Musiqili Teatrı bu suallara cavab tapıb. Yenibir tamaşanı teatrsevərlərə təqdim edən kollektiv sübut etməyə çalışıb ki,böyüklər də nağıla maraqla baxırlar. Yetər ki, səhnədə baş verənlər aktual, rəngarəngvə inandırıcı olsun.

"Minbir gecə” nağıllarından biri

Birivardı, bir yoxdu... Yox, belə başlasam çox uzun alınar, yaxşısı budur qısa izahedim. "Min bir gecə” nağılları yadınızdamı? Şəhrizadın 999-cu gecədə danışdığı əhvalatınecə, xatırladınızmı? Dövlət Musiqili Teatrı da məhz bu əhvalatı səhnəyə gətirdiyindəntamaşanı "999-cu gecə” adlandırıb. Pinəçi Maruf acgöz arvadının tələb və istəkləriniyerinə yetirməkdə acizdir. Belə yaşayışdan bezən Maruf çıxış yolu axtarır. Təsadüfibir görüş onu uzaq məmləkətə aparıb çıxarır. Yad məmləkətdə isə bu gənci varlıtacirə oxşadır, ehtiram göstərirlər. Bivec, əlindən-başından bir iş gəlməyən,tamahkar Şah hətta yeganə qızı Reyhanı da qərib və qəribə qonağa ərə verir.Ağıllı və gözəl Reyhan tədbirli hərəkətləri ilə həm varlı tacir rolunu oynamağaməcbur olan pinəçi Marufu, həm də var-dövlət hərisi, bacarıqsız Şahın həyatınıxilas edir. Padşahın boşalan xəzinəsi yenidən dolur, pulsuzluqdan sarayı tərkedən rəqqasələr də geri qayıdırlar. Şahı devirməklə Reyhanı özünə arvad etməkistəyən ilan kimi fürsətçi Vəzir də sonda bu ağıllı qıza məğlub olur.

Böyüklərüçün nəzərdə tutulan nağıl müsbət sonluqla bitir, saf hisslər ağıl və səbirləbirləşdiyindən xeyir onu hər addımda təqib edən şər qüvvələr üzərində qələbəçalır.

"999-cugecə” tamaşasına Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovaquruluş verib. Bu gənc və istedadlı rejissor uğurlu yaradıcılıq işləri ilə qısamüddət ərzində teatr ictimaiyyətinin diqqətini cəlb etməyi bacarıb. İradəxanımın Gəncə teatrının səhnəsində hazırladığı "Evlənmə” (Qoqol), "Dəliyığıncağı” (C.Məmmədquluzadə) tamaşalarının sorağı beynəlxalq festivallardan gəlir. Dövlət Musiqili Teatrının rəhbərliyi də buistedadlı rejissor xanıma güvənərək onunla yaradıcılıq əlaqələri saxlayır. Buişbirliyinin nəticəsi sayılan "Kimdir müqəssir?” (Ə.Haqverdiyev) tamaşasımaraqla qarşılanıb.

DövlətMusiqili Teatrının rəhbərliyi milli teatrımızın ənənələrindən xəbərdar, dünyateatrının yeni çağırışlarını yaxşı dərk edən gənc istedadlara "yaşıl işıq”yandırır. Bu xüsusiyyətləri özündə birləşdirən İradə Gözəlova ilə növbəti əməkdaşlıqda hər iki tərəfin xeyrinə olub.

Cinəzəng çatmır...

Gəncrejissor "999-cu gecə” tamaşasında Dövlət Musiqili Teatrının peşəkarkollektivini ətrafına toplayıb. Quruluşçu rəssam Nabat Səmədova, quruluşçudirijor Fəxrəddin Atayev, quruluşçu baletmeystrlər Zakir və Yelena Ağayevlər,xormeystr əməkdar artist Vaqif Məstanov yeni tamaşanın uğurlu alınması üçün çalışıblar.Ölməz bəstəkarımız, SSRİ Xalq artisti Fikrət Əmirovun "Min bir gecə” baletinəyazdığı musiqilər və onun bu gün dəpopulyarlığını qoruyan mahnıları "999-cu gecə”ni daha da baxımlı edir.

Səhnədəqurulan iki mərtəbəli dekorasiya özü də xeyirlə şərin, doğru ilə yalanın, məhəbbətləxəyanətin mübarizəsini göstərməyə hesablanıb. Aşağı qat cəhənnəmi, yuxarı qatisə cənnəti simvolizə edir. Pinəçi Maruf (Səmədzadə Xasıyev) arvadı (GültacƏlili) ilə aşağı qatın sakinidi. Belə arvadla hər yer adama onsuz da cəhənnəmkimidi...

Şah(Məhərrəm Qurbanov), onun qızı Reyhan (Mehriban Zalıyeva), Vəzir (HüseynƏlili), Eşikağası (Əliməmməd Novruzov), Tutu (Elməddin Dadaşov) özlərini cənnətdəkikimi hiss edirlər. Üst təbəqənin həyat tərzi, geyim-keçimi də fərqlidi-rəngarənglibaslar, rəqqasələr... Amma Reyhan kimi ağıllı qız olmasa bacarıqsız Şah, xəbisVəzir gül kimi cənnəti bir günün içində cəhənnəmə çevirərlər. Allah dünyanı belətamahkar və kütbeyinlərdən saxlasın. Özünü din xadimi kimi göstərən Qazı da(Elçin İmanov) cənnət tərəfdədi. Tamaşanın gedişində yalançı Qazı nağıl qəhrəmanıCinə çevrilir. Müasir dəbə uyğun geyinən Cin zalda görünməklə sankitamaşaçılara qarışır. Sehrli üzüyə sahib ağasının əmirlərini də mobil telefonlahəyata keçirir. Düzdü, arada Cinin telefonuna zəng çatmır. Gündəlik həyatda beləhadisə ilə azmı rastlaşırıq?

Dahibəstəkar Fikrət Əmirovun həmişəyaşar musiqisinin müşayiəti altında davam edən şən,oynaq və eyni zamanda düşündürücü "999-cu gecə” tamaşasının premyerası uğurlakeçdi.

Kimdeyir ki, nağıl ancaq uşaqlar üçün maraqlıdı? Bəs böyüklər? Elə bilirsiniz,onlara nağıl lazım deyil?

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV